» » » İlk fond birjası harada yaradılıb?

İlk fond birjası harada yaradılıb?

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

ilk fond birjasıRəsmi mənbələrə görə, dünyanın ilk səhmdar cəmiyyəti və ilk fond birjası eyni vaxtda – 1602-ci ildə və eyni ölkədə – Niderlandda yaranmışdır. Niderlandın Ost-Hind şirkəti səhmlər sataraq və investorlara gəlir vəd edərək, ilk dəfə vəsaitlər cəlb etməyə başladı.

Ticarət etmək üçün platforma tələb olunurdu və ilk fond birjası Amsterdamda açılmışdı. 1608-ci ildə burada həm də əmtəə birjası yaradılmışdı, böyük həcmdə olan mallar anbarlarda və gəmilərdə saxlanılırdı, malların nümunələri isə birjaya çıxarılırdı.

Bir qədər sonra standartlar işlənib hazırlandı və birja oyunçuları artıq bu nümunələrsiz də keçinə bilirdilər.

Amsterdam fond birjasının özündə ilkin dövrdə Britaniya və Niderlandın Ost-Hind şirkətlərinin səhmləri ilə ticarət olunurdu. Borc qəbzləri də kotirovka olunurdu: burada Böyük Britaniya, Niderland, Portuqaliya tərəfindən verilən dövlət borclarının istiqrazlarını almaq mümkün idi.

Sonradan Amerikanın mənimsənilməsi zamanı birjada Vest-India şirkətinin səhmləri peyda oldu. Ümumilikdə, investorların 44 növ adda qiymətli kağızlara çıxışı təmin edilmişdi.

Amsterdam birjası 2000-ci ilin sentyabr ayına kimi mövcud olub. Onu bağlamayıblar: sonradan o, Brüssel, Paris və Amsterdamın fond birjalarını birləşdirən Euronext şirkətinin tərkibinə daxil oldu.

Yaranma hüququ uğrunda mübarizədə

Amsterdam birjası yalnız rəsmi olaraq ilk birja hesab olunur. İngilislər bu “yaranış” hüququna etiraz edə bilərlər: London fond birjasının hüquqi şəkildə yalnız 1801-ci ildə, Niderland birjasından 199 il sonra meydana çıxmasına baxmayaraq, əslində o, daha uzun müddət mövcud olub.

Böyük Britaniyada ilk fond birjası 1565-ci ildə maliyyə agenti və kralın müşaviri Tomas Qreşemin Kral birjasını qurması ilə yaradılmışdı. O, Londonun ticarət mərkəzi olmuşdu və 1571-ci ildə rəsmi status almışdı.

Bununla belə, bir əsrdən çox müddət ərzində Kral birjası əmtəə birjası olaraq qalmşdı: səhmlər və dövlət istiqrazları ilə burada yalnız 1695-ci ildə ticarət etməyə başlamışdılar.

1773-cü ildə açılmış “Yeni Conatan” birjasına ayrıca bina inşası üçün pul toplanılmasından ötrü brokerlərə demək olar ki, 80 il zaman tələb olunmuşdu. Sonradan məhz, o, London fond birjası olmuşdu.

Birja bazarlarının tarixçəsi çox qarışıqdır. Mahiyyət etibarilə, hələ Orta əsrlərdə natural təsərrüfatdan tamhüquqlu əmtəə-pul münasibətlərinə keçid dövründə ilk qiymətli kağızlar, pul və ticarət meydançaları yaranmışdı. Bir çox birjalar qeyri-rəsmi fəaliyyət göstərirdi, rəsmi fəaliyyət göstərənlərdən bir çoxu isə bu gün bağlanıb və hətta unudulub.

İngilislər niderlandlıların fond birjalarının “birincilik” hüququna etiraz edə bilərlər, amma, əgər hazırda mövcud olan birjalardan ən qədimi ilə maraqlanırsınızsa, burada cavab birmənalıdır. Bu, LSE – London fond birjasıdır.


Mühasibat uçotu və iqtisadiyyat arasında fərq nədir?