» » » Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (2-ci hissə)

Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Almaniyanın vergi sistemi, formalaşması və inkişafı

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Almaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.

Qeyd etmək lazımdır ki, Almaniya təkcə şaquli deyil, həm də gəlirlərin horizontal bərabərləşdirilməsinin tətbiq olunduğu azsaylı ölkələrdən biridir. Məs, Bavariya, Vürttemberg kimi yüksək gəlirli torpaqlar maliyyə ehtiyatlarının bir hissəsini Saksoniya kimi az inkişaf etmiş torpaqlara köçürürlər.

Hal-hazırda Almaniyada vergitutma sisteminin qurulmasının aşağıdakı prinsipləri yaranmışdır:

  1. Vergilər imkan daxilində minimaldır;
  2. Minimaldır və ya daha dəqiq onların ödənilməsi xərclərinin də minimal olması zəruridir;
  3. Vergilər rəqabətə mane ola bilməz, kimlərinsə şansını dəyişdirə bilməz;
  4. Vergilər struktur siyasətinə müvafiqdir;
  5. Vergilər gəlirlərin daha ədalətli bölüşdürülməsinə yönəlib;
  6. Sistem bir insanın şəxsi həyatına hörmət üzərində qurulmalıdır. Vergitutma ilə əlaqədar olaraq insan öz şəxsi həyatını dövlətə minimum səviyyədə açmalıdır. Vergi işçisinin vergi ödəyicisi haqqında heç kimə hər hansı məlumat vermək hüququ yoxdur. Kommersiya sirrinə uyğunluq təmin edilir;
  7. Vergi sistemi ikiqat vergitutmanı istisna edir;
  8. Vergilərin miqdarı dövlət xidmətlərinin ölçüsünə, o cümlədən insanın müdafiəsinə və vətəndaşın dövlətdən əldə edə biləcəyi hər şeyə uyğundur.
Almaniyanın vergi sistemi

Almaniya da yüksək mərkəzləşmiş maliyyə sisteminə malik olan dövlətlərin sırasına daxildir. Bu ölkədə vergitutma sisteminin əsas xüsusiyyəti Konstitusiyada təsbit edilmiş, müxtəlif səviyyəli büdcələr (federal, torpaq, yerli) arasında vergi gəlirlərinin bölünməsini tənzimləyən müddəadır və demək olar ki, bütün gəlir mənbələri bölünməlidir.


Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (3-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun