Cədvəldə nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir.
Misallar: Şənliklərdə aparıcılıqla məşğul olan şəxsin aylıq sabit vergisinin məbləği ayrı-ayrı şəhərlərdə aşağıdakı qaydada hesablanır:
Bakı şəhərində –
30 manat * 2 əmsal * 1 ay = 60 manat
Gəncə şəhərində –
30 manat * 1,5 əmsal * 1 ay = 45 manat
Şəki şəhərində –
30 manat * 1 əmsal * 1 ay = 30 manat
Qazax şəhərində –
30 manat * 0,5 əmsal * 1 ay = 15 manat.
Diqqət! Bu bukletdə qeyd olunan fəaliyyət növləri ilə məşgul olan fiziki şəxslər:
- qeydiyyatda olduğu yerdən asılı olmayaraq həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üçün müəyyən edilən vergi məbləğini ödəyirlər;
- eyni dövr ərzində müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərərsə, bu zaman ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləğini ödəyirlər;
- fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda hər bir fəaliyyət növü üzrə ayrıca qəbz alırlar;
- nağd pul hesablaşmaları zamanı alıcıya qəbz və digər ciddi hesabat blanklar təqdim etməlidirlər;
- fəaliyyətin göstərilib-göstərilməməsindən asılı olmayaraq ödənilən sabit vergi geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir;
- bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.