» » » Sabit verginin ödəyicisi kimi qeydiyyata necə alınmalı?

Sabit verginin ödəyicisi kimi qeydiyyata necə alınmalı?

posted in: Vergi | 0
birbank biznes

Sabit verginin ödəyicisi olan fiziki şəxs, əgər vergi orqanında uçota alınmamışdırsa, ilk növbədə qeydiyyatda olduğu ərazinin vergi orqanına və ya vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməli və VÖEN almalıdır.

Fiziki şəxs yuxarıda qeyd olunan fəaliyyətə başlayanadək, vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdır. Həmin qəbz yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Şəxs öz istəyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” ala bilər.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az