SABİT VERGİ
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 01.01.2017-ci il tarixdən etibarən bu bukletdə qeyd olunan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə sabit vergi məbləği (bundan sonra – sabit vergi) müəyyən edilmişdir.
Sabit vergi nədir?
Fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğidir.