» » » Gəlir vergisi normaya necə çevrildi (8-ci hissə)

Gəlir vergisi normaya necə çevrildi (8-ci hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Gəlir vergisi normaya necə çevrildi (8-ci hissə)gəlir vergisi

Tarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb. Bundan əvvəl isə bu, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.

Ödənişlərin üçdə biri yalnız bir ştatın – təbii ki, Nyu-Yorkun üzərinə düşürdü. Vətəndaş müharibəsi dövründə Konfederativ Ştatlarda bu sistem oxşar idi – bununla birlikdə fermerlərdən eyni şəkildə vergi ödəmələri tələb olunurdu. Bu, hiddət doğururdu, çünki əhalinin digər kateqoriyaları onu tez bir zamanda dəyərsizləşmiş kağız pullarla ödəyə bilərdi.

Vətəndaş müharibəsi 1865-ci ildə başa çatmış, lakin, həmin vergi ölkənin maliyyə vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşdıqdan sonra, yalnız 1871-ci ildə ləğv edilmişdi. Buna qədər isə mütərəqqi dərəcəni tədricən aşağı salmışdılar və çıxılmaları da artırmışdılar.


Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz


Gəlir vergisini tətbiqinə növbəti cəhd yalnız 1894-cü ildə baş vermişdi, lakin, alınmamışdı. Ali Məhkəmə konstitusiyaya zidd olduğuna görə vergini ləğv etmişdi: ABŞ konstitusiyasında adambaşına vergi istisna olmaqla, vətəndaşlara federal vergilərin tətbiq edilməsinə birbaşa qadağa qoyulmuşdu.

Gəlir vergisinin ABŞ-ın fiskal sisteminin daimi atributu olmasından ötrü konstitusiyanı dəyişdirmək lazım gəldi. Bu yalnız 1913-cü ildə baş tutdu. Yenə də hərbi dövrdə (1912-ci il Kubaya, 1914-cü ildə Meksikaya, 1915-ci ildə Haitiyə hərbi müdaxilə zamanı, 1917-ci ildə Birinci dünya müharibəsinə daxilolma dövründə)  baş vermişdi və ya bu bütün hallarda bir təsadüf idi?

Bununla birlikdə, digər bir şey daha vacibdir: günümüzün standartlarından baxdıqda, nisbət aşağı idi və yalnız varlılar vergiyə cəlb olunurdu. Minimal dərəcə 1 faiz, maksimal dərəcə isə 7 faiz təşkil edirdi. İllik gəlirləri 3000 dollardan aşağı (müasir ifadədə 72 min dollar) olan vətəndaşlar vergiləri ödəməkdən azad olunurdular və əhalinin 96 faizi bu normanın altına düşürdü. Gəlir vergisini yalnız İkinci dünya müharibəsi kütləvi hala gətirdi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun