» » » Gəlir vergisi normaya necə çevrildi (7-ci hissə)

Gəlir vergisi normaya necə çevrildi (7-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Gəlir vergisi normaya necə çevrildi (7-ci hissə)gəlir vergisi

Tarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb. Bundan əvvəl isə bu, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.

Konstitusiya qadağası

ABŞ-da federal səviyyədə gəlir vergisi ilk dəfə 1862-ci ildə vətəndaş müharibəsi dövründə tətbiq olunmuşdu, yəni, həmin vaxt yenidən hərbi vergi tətbiq olunmuşdu. Bundan əvvəl ştatlar səviyyəsində müxtəlif oxşar vergilər mövcud idi. Vergi nəzəriyyəçiləri bunları iqtisadi cəhətdən real gəlir vergisi əvəzinə bir lisenziya haqqı kimi qəbul edirdilər, belə ki, bu vergilər, adətən dar pul peşələri dairəsini əhatə edirdi. Dərəcələr bir qayda olaraq, çox aşağı idi.

Belə ki, məsələn, Alabamada 1843-cü ildə pambıq tacirləri və auksion satıcıları kimi əhalinin müəyyən kateqoriyası üçün tətbiq olunan gəlir vergisi, gəlirlərin hər 100 dolları üçün 25 sent və ya 0,25 % təşkil edirdi.


Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz


Və bundan sonra da onun çox olduğunu düşünmüşdülər və 1844-cü ildə dərəcə 0,2% -ə endirilmişdi, düzdür, bu zaman gəlir vergisi tutulmalı olanların siyahısına yeni kateqoriyalar – vəkillər və həkimlər də əlavə edilmişdi.

Əsas vergi daxilolmaları aksizlərdən, gömrük yığımlarından və daşınmaz əmlak vergisindən gəlirdi, bu da torpaq vergisinə nisbətən aşağı idi. Həmçinin qullara görə də vergi mövcud idi. Gəlir vergisinin tətbiqindən irəli gələn cəhdlər sosial ədalətlə əsaslandırılırdı.

Daşınmaz əmlak vergisinin tərəfdarları üstünlüklərini vergitutma obyektinin “görünən və maddi” olmasında görürdülər. Ancaq, açıq bir çatışmazlıq da var idi: geniş torpaq sahələri olan qərb və cənub əyalətlərinin sakinlərinə qarşı vergi ayrı-seçkiliyi tətbiq olunurdu. Və ailənin bütün sərvəti qiymətli kağızlara çevrilirdisə, vergi ödəməyə ehtiyac yox idi.

1863-cü ildən tətbiq edilən əsas vergi dərəcəsi 3%, ən zənginlər üçün isə vergi dərəcəsi 5% təşkil edirdi. Artıq bir ildən sonra maksimal vergi dərəcəsi 10 faizə yüksəlmişdi.

Çıxılmalar da mövcud idi. 1863-cü ildə 600 dollardan yuxarı (2015-ci il qiymətlərində təxminən 11 min dollar), 1871-ci ildə – isə 2000 dollardan (müasir qiymətlərlə təxminən 39 min dollar) bütün gəlirlər vergiyə cəlb olunurdu. Bu endirimlər üzündən vergi elə də böyük deyildi.

1868-ci ilin məlumatlarına görə, vergini ölkənin təxminən 39 milyon əhalidən yalnız 250 mini ödəmişdi. 1871-ci ildə çıxılmalar artdıqda, ödəyicilərin sayı ümumiyyətlə, aşağı enərək, cəmi 73 min nəfərə çatmışdı.


Məqalənin 8-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun