DSMF daha bir auditor seçib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması, adiyyatı işlər üzrə məsləhət xidmətləri ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, sorğunun qalibi “Ekvita Consulting” MMC-dir.
Qalib şirkətə 52,5 min manat ödəniləcək.
Mənbə: report.az