Böyük tenderdə qalib gəlməyə necə nail olmalı (2-ci hissə)
Ancaq, kiçik şirkətlərin sahibləri başqa bir strategiya seçməlidirlər. Xüsusilə də tenderi bazarda böyük bir oyunçu elan edərsə. Qələbə üçün bütün ön şərtləri yaratmaqdan ötrü bu maddələrə əməl edin:
- Qoliafdan qorxmayın. Əgər rəqiblər arasında böyük korporasiyalar varsa, unutmayın ki, orada da eyni insanlar işləyirlər.
- Təəssüratoyadıcı portfolio yaradın. Ora ən əhəmiyyətli və uğurlu layihələri və hətta heç vaxt dövriyyəyə buraxılmayan ideyaları yerləşdirin. Onlar göstərəcəklər ki, siz problemə qeyri-standart yanaşmaqda bacarıqlısınız.
- Gələcək müştərinizi öyrənin. Təsəvvür edin ki, o – diqqətini cəlb etmək istədiyiniz gözəl bir qızdır. Onun davranışlarını izləyin, ünsiyyət dairəsini öyrənin, tədricən əlaqəyə girin.
- İlk görüşə nail olun. Telefon zəngi ilə etimad qazana bilməyəcəksiniz. Təşəbbüsü öz əlinizə alın və görüş üçün razılıq əldə edin. Özünüzü satmağa cəhd etməyin. Bunun yerinə düzünü söyləyin və sizinlə əməkdaşlıq etməyin niyə faydalı olduğunu bildirin.
- Tenderə hazırlaşın. Bu mərhələdə prinsip çox sadədir – sizin rəqibləriniz nə edə bilərdi, bu haqda düşünün. Heç vaxt edə bilməyəcəyiniz işləri vəd etməyin. Müştərinin bütün nüanslarını dəqiqləşdirin. Sadə və gözəl bir təqdimat edin – müştərinin hər slaydı öyrənmək üçün vaxtı yoxdur. Smetada hər rəqəmi əsaslandırın və layihənin həyata keçirilməsinin ilkin planını tərtib edin. Əsas odur ki, təqdimatdan sonra müştərinin cavablandırılmayan sualları qalmasın.
- Müştəri ilə hətta görüşdən sonra da əlaqəni itirməyin. Layihənin uğurla başa çatması ən çox onu maraqlandırır, buna görə özünüzü diplomatik və əsaslandırılmış bir podratçı kimi göstərin.
Düzgün yönləndirilməyən hətta ən yaxşı ideya belə, sifarişçinin ürəyində özünə yer tapa bilməz. Mükəmməl tərəfdaş olduğunuzu göstərin və qələbə cibinizdə olacaq.