» » » Dünyanın hər yerindən qəribə vergilər (2-ci hissə)

Dünyanın hər yerindən qəribə vergilər (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Dünyanın hər yerindən qəribə vergilər (2-ci hissə)vergilər

Saqqala, pəncərəyə və ya qorxaqlığa görə vergi – bu cür ödənişlər dünyanın müxtəlif ölkələrində qədim zamanlarda mövcud olmuşdur. Amma, pula ehtiyac duyan dövlətlər vətəndaşları indi də ən müxtəlif bəhanələrlə daha çox ödəniş etməyə məcbur edirlər. Vergi ödəyicilərini ilk baxışdan ən bayağı hərəkətləri həyata keçirməyə məcbur edəcəyi ölkələri sadalayırıq: uşaq üçün ad seçimindən tutmuş, Facebook sosial şəbəkəsində istənilən bir mətnə şərh yazmağa qədər, Coca-Cola içmək və ya ölkədən çıxmağa görə. Təbii ki, karantin rejimi başa çatdıqdan sonra.   

Əyləncəyə görə vergi

Hindistanda əyləncə tədbirləri əlavə vergiyə cəlb olunur: idman hadisələri, kino, teatrlar, sərgilər və əyləncə parkları. Hər bir ştatdan asılı olaraq, vergi 15 faizlə 110 faiz arasında dəyişirdi. Lakin, 2017-ci ildə bütün ölkə üçün daha dar bir diapozonda – 5 faizdən 28 faizə qədər (100 rupidən bahalı biletlər üçün) vahid vergi tətbiq olundu.

Günəşə və kölgəyə görə vergi

İvis, Mayorka, Menorka və digər adalardakı kurortlarda istirahət etmək istəyənlər turizm vergisi ödəyirlər. Onlar günəş şüası altında olmaq üçün gün ərzində 1 avro vergi ödəyirlər, yerli hakimiyyət orqanları isə toplanılan vəsaitlərdən turizm infrastrukturunu təkmilləşdirmək üçün istifadə edəcəklərini vəd ediblər.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Venetsiyada isə əksinə, günəşə görə deyil, kölgəyə görə ödəniş etmək lazım gəlir: bələdiyyə torpaqlarına kölgə salan bina və konstruksiyaların sahibləri həmin vergini ödəməli olurlar. 1993-cü ildə sözügedən vergi tətbiq olunduqdan sonra bir çox kafe və restoranlar büdcəyə az ödəniş etsinlər deyə, kölgə salan örtüklər və digər şeylərdən istifadəyə son qoydular. Həmin yığımlar indiyə kimi mövcud olmaqda davam edir.

2019 – cu ildə söhbət həm də sadəcə şəhərin mərkəzinə getmək istəyən səyahətçilərdən ödəniş almaqdan gedirdi. Ancaq görünür ki, nə ödənişlərin tətbiqi, eləcə də İtaliyada turistlərin görünməsi yaxın gələcəkdə gözlənilməməkdədir. Təbii ki, koronovirus pandemiyası da bu sahəyədə  ən ağır zərbə vurub.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun