» » » Dünyanın hər yerindən qəribə vergilər (1-ci hissə)

Dünyanın hər yerindən qəribə vergilər (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Dünyanın hər yerindən qəribə vergilər (1-ci hissə)vergi nəzəriyyələri

Saqqala, pəncərəyə və ya qorxaqlığa görə vergi – bu cür ödənişlər dünyanın müxtəlif ölkələrində qədim zamanlarda mövcud olmuşdur. Amma, pula ehtiyac duyan dövlətlər vətəndaşları indi də ən müxtəlif bəhanələrlə daha çox ödəniş etməyə məcbur edirlər. Vergi ödəyicilərini ilk baxışdan ən bayağı hərəkətləri həyata keçirməyə məcbur edəcəyi ölkələri sadalayırıq: uşaq üçün ad seçimindən tutmuş, Facebook sosial şəbəkəsində istənilən bir mətnə şərh yazmağa qədər, Coca-Cola içmək və ya ölkədən çıxışa görə.

Zərərli qidaya görə vergi

Bir sıra ölkələrdə – Böyük Britaniya, Fransa, İrlandiya, Norveç, Çili və daha onlarla ölkədə – yüksək kalorili qidalar və tərkibində yüksək şəkərlilik olan ərzaqlara görə vergi mövcuddur (məsələn, İngiltərədə, idxalatçılar və istehsalçılar 100 ml-də 5 qr və ya daha çox qr şəkər varsa içkinin bir litri üçün 18 pens, 100 ml-də 8 qramdan çox şəkər varsa bir litrə görə 24 pens ödəyirlər). Ölkələr əhalinin sağlamlığı üçün bu cür mübarizə aparırlar. Tədbirlər məntiqlidir: Dünya bankının məlumatına görə, piylənmə ilə bağlı xəstəliklər, əhali ölümü ilə əlaqəli üç əsas səbəblərindən biridir.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Bəzi sahibkarlar infarktdiabetlə mübarizə aparmaq üçün daha radikal tədbirlər həyata keçiriblər. Belə ki, 2008-ci ildə Yaponiyada piylənmə səviyyəsini azaltmaq və insan ömrünü uzatmaq məqsədi ilə müəyyən göstəricilərə nail ola bilməyən şirkətlər və regional hakimiyyət nümayəndələri üçün yeni bir vergi tətbiq edilmişdi. 40 yaşından 75 yaşına kimi adamların bel ölçüsü götürülürdü. Əgər həmin ölçü normadan çox (qadınlar üçün 85 sm və kişilər üçün 90 sm) idisə, bələdiyyələr və biznes sahəsi büdcəyə əlavə məbləğdə ödənişlər etməli idi.

Bu proqram 2015-ci ilə qədər mövcud olmuşdu və piylənmə səviyyəsinin azalmasına yardım göstərmişdi. İndi Yaponiyada bu göstərici dünyada ən aşağı göstəricilərdən biridir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun