» » » “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi

posted in: Xəbər | 0
birbank biznes

faizsiz borc“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və Qanununun tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları barədə

ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində alınan malların (işlərin, xidmətlərin) dəyərinin 30.000 manatdan artıq olan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Vergi yoxlaması zamanı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən tələbinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsaslandırma: Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli, 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi, Vergi Məcəlləsinin 58.7-1.1- ci maddəsi.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun