» » » Məktəb təhsil sistemini gələcəkdə nə gözləyir? (1-ci hissə)

Məktəb təhsil sistemini gələcəkdə nə gözləyir? (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Məktəb təhsil sistemini gələcəkdə nə gözləyir?məktəb

1-ci hissə

Pandemiyadan sonra məktəblər necə olacaq? Hazırda valideynləri narahat edən ən vacib məsələ budur.

Dəyişiklikləri dərk etməkdən ötrü tarixə müraciət etmək lazım gələcək.

İnqilaba qədər, 1913-cü ildə Moskvada cəmi otuza yaxın məktəb var idi. Və uşaqların çox az bir hissəsi təhsil ala bilirdi. Sivilizasiyalı dünyada təhsil sistemi kütləvi məktəblər şəklində yalnız İkinci dünya müharibəsindən sonra, 40-50-ci illərdə ortaya çıxdı. Həmin dövrdən sonra çoxlu dəyişikliklər baş verib. Məs, sovetlər dövründə xarici dillər ikinci siniflərdə yalnız xüsusi məktəblərdə öyrədilirdi. İndi isə hər yerdə öyrədilir. Orta məktəblərdə ikinci xarici dilin tədrisinə cəhdlər edilir. Bir çox ali məktəblərdə indi universitetdən qabaq xüsusi kurslar açırlar ki, orada məktəblilər elm aləminə başa vura və özlərini peşələrdə sınaya bilsinlər.  Sovet dönəmində isə seçdikləri yolun səhv olduğunu tələbələr çox vaxt artıq ali məktəblərdə təhsil aldıqları vaxt başa düşürdülər. Etiraf etmək lazımdır: hamımızın getdiyi köhnə sovet məktəbləri bir daha olmayacaq. On illər bundan əvvəl normal sayılanlar, hazırkı dövr üçün artıq qəbulolunmazdır. Bizim uşaqlar çoxdan texnologiyalarla dostlaşıb, “kompüterdən” yeni məlumatlar əldə etmək üsulu onlardan ötrü təbii hal alıb. Yaxşı, ağlı başında olan istənilən bir kəs hazırda printerləri, çap maşınları, qacetləri kalkulyatorla və ya loqarifma xətkeşi ilə əvəz etməyə razılaşarmı?  Hətta indi əmək dərslərində stulu mişarlamaq əvəzinə 3D printerlərində, kəsim üçün lazer dəzgahlarında işləməyi öyrənirlər, kavdrokopterlər hazırlayırlar, bioloji prosesləri modelləşdirirlər.

Elektron gündəliklərin tətbiqi son illərdə məktəb həyatında daha mühüm əhəmiyyətli dəyişiklikdir. Şagirdlər artıq dəftər şəklində olan gündəlikdə qeydlər aparmaq üçün vaxt sərf etməyə ehtiyac duymurlar, hətta məktəbdə olmadıqda belə, müəllimlərdən fərdi tapşırıqlar ala bilərlər. Valideynlər uşağın necə oxuduğunu dərhal görə bilirlər. Müəllimlərə isə uşaq və ailəsi ilə qarşılıqlı əlaqə qurmaq daha asandır.

Məktəbdə “rəqəmsal” nəyi düzəldəcək? 

Pandemiya ilə sürətlənən rəqəmsal texnologiyaların mənimsənilməsi təhsil sisteminin inkişafının məntiqi davamı oldu. Bunlar olmadan, indi çox danışılan fərdi yanaşmanı həyata keçirmək mümkün deyil.

Bu gün mövcud olan və bir müəllimin eyni sxem üzrə, eyni vaxtda 25-30 şagirdi öyrətməyə çalışmasından ibarət sərt məktəb sistemi, istər-istəməz uşaqların 30% -nin müvəffəqiyyətsiz olmasına gətirib çıxarır. Təccüblü deyil ki, distant təhsil trendi bütün dünyanı əhatə edir. “Çində interaktiv təhsil platforması 200 şəhərin 700 məktəbində tətbiq olunub, – Ali iqtisad məktəbinin rektoru Yaroslav Kuzminov deyib. –  O, kompyuter testləşdirməsini aparır, təhsildəki boşluqları müəyyən edir, şəxsi bilik xəritəsini formalaşdırır, şagirdin işini təhlil edir və tapşırıqların seçimini optimallaşdırır. ABŞ-da riyaziyyat və təbiət elmləri üzrə ikidilli təhsil platforması var. Ondan həmçinin Kanada və Latın Amerikasında da istifadə olunur. O, təlimin trayektoriyasını model üzrə deyil, şagirdin tələbatından asılı olaraq korrektə edir. Məktəb üçün “rəqəmsal” elm, sənət və idmanda uğur nümayiş etdirməyənlərdən istedad tapmağa imkan verən texnologiya simulyatorlarıdır. Bu, darıxdırıcı bir müəllimin uşaqların onsuz da oynadığı bir oyunla əvəz olunmasıdır.  Nəhayət, bu, interaktiv tapşırıqlardır ki, müəllimi dəftərləri yoxlamaq kimi darıxdırıcı bir işdən azad edir. Bax, məktəbdə “rəqəmsal” bunu yoluna qoymalıdır”.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun