» » » Tesla-nın keçmiş əməkdaşı məxfi məlumatların oğurluğunda ittiham edilir

Tesla-nın keçmiş əməkdaşı məxfi məlumatların oğurluğunda ittiham edilir

posted in: Xəbər | 0
birbank biznes

TeslaElektrik avtomobillərinin istehsalçı-şirkəti Tesla, özünün keçmiş əməkdaşını məxfi məlumatları oğurlamaqda ittiham edib. Bu barədə Kaliforniya ştatının Şimal dairəsi federal məhkəməsinin elektron məlumat bazasına istinadən CNBC kanalı xəbər verib.

Dəqiqləşdirilir ki, kommersiya sirrinin oğurlanması və müqavilənin pozulması ilə bağlı ittiham, mühəndis-proqramçı Aleks Hatilova qarşı irəli sürülüb. İddia ərizəsində onun hansı ölkənin vətəndaşı olduğu bildirilmir. Mütəxəssis həmçinin Aleks Tilov və Sabir Xatilov adları ilə də tanınır. O, San-Bruno şəhərində (Kaliforniya ştatı) yaşayır.

O, 2020-ci ilin dekabr ayında işə qəbul edilib. İddiada deyilir ki, Hatilov hələ işə başladığı üçüncü gündə Python proqramlaşdırma dilində yazılmış faylları və skriptləri, Dropbox onlayn anbarından oğurlamağa başlayıb, ümumilikdə isə o, 26 min fayl oğurlayıb. Tesla-nın dəqiqləşdirdiyinə görə, bu məlumatlar rəqiblərə “Tesla’nın hansı sistemləri avtomatlaşdırma üçün daha vacib və dəyərli hesab etdiyini” aydınlaşdıra bilər. Şirkət həmçinin Aleksi təhlükəsizlik xidmətinin onunla işləməyə başladığı zaman sübutları silməklə, oğurluq izlərini örtməyə çalışmaqda da günahlandırıb.

Proqramçının özü isə bildirib ki, fayllar onlayda səhv nəticəsində peyda olub. The New York Post nəşrinə müsahibəsində o deyib ki, öz kompüterində ehtiyat qovluğun nüsxəsini yaratmaq istəyib və təsadüfən qovluğu onlayn anbara yerləşdirib. “Mən bu sahədə təxminən 20 ilə yaxın bir müddətdə işləmişəm və məxfi sənədlərin nə olduğunu yaxşı bilirəm və onlara daxil olmaq və ya oğurlamaq üçün heç vaxt cəhd etməmişəm”, – Xatilov belə söyləyib. Digər tərəfdən, Tesla-da yüklənmiş skriptlərin onun vəzifələri ilə heç bir əlaqəsi olmadığına təkid edirlər. Xatilov yanvarın əvvəlində işdən çıxarılıb.

Bu, Tesla-nın məhkəməyə təqdim etdiyi və ya ticarət oğurluğunda keçmiş işçiləri günahlandırdığı ilk belə hal deyil. Məsələn, 2020-ci ilin dekabr ayında məlum olub ki, şirkətin keçmiş mühəndisi Martin Tripp, şirkətdə işlədiyi zaman kommersiya sirlərinə aid olan məxfi məlumatları açıqladığına görə, elektrokar istehsalçısına 400 min dollar pul ödəməlidir. O, jurnalistlərlə gizli şəkildə əlaqə saxlayaraq, onlara bildirib ki, İlon Maskın şirkəti onun bəyan etdiyi kimi həftə ərzində 5 min ədəd Model 3 elektrik avtomobilləri modelinin istehsalını gerçəkləşdirə bilməyəcək. O, həmçinin Tesla şirkətinin istehsal zamanı qüsurlu akkumulyatorlardan istifadə etdiyini bəyan edib, nəticədə bu, şirkətin səhmlərinin qiymətinin aşağı düşməsinə gətirib çıxarıb.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun