» » » Dünyanın ən bahalı brendi məlum oldu

Dünyanın ən bahalı brendi məlum oldu

posted in: Xəbər | 0
birbank biznes

Dünyanın ən bahalı brendi məlum oldu

Apple,Apple korporasiyası dünyanın ən bahalı brendləri siyahısında birinci yeri tutub, bu, 2016-cı ildən bəri ilk dəfə baş verib. Brand Finance Global 500 reytinqinin müəllifləri şirkəti 263,4 milyard dollar məbləğində qiymətləndiriblər.

Apple öz brendinin qiymətini bir il ərzində 87 faiz artıra bilib. Ekspertlər ikinci yerdə Amazon şirkətini (254,2 milyard dollar), üçüncü yerdə – Google (191,2 milyard dollar) şirkətini olduğunu bildiriblər. Dördüncü yerdə Microsoft (140,4 milyard dollar) şirkəti yerləşib. İlk onluğa həmçinin Samsung, Walmart, Facebook, ICBC (bank xidmətləri), Verizon (telekommunikasiya) və  WeChat (yüksək texnologiyalar) daxildirlər. Ən sürətlə inkişaf edən brend 158 faiz artımla (32 milyard dollara qədər) Tesla şirkəti olub.

Ən bahalı rus brendlərinə gəldikdə, həmin şirkətlər bunlardır: Sberbank (180-ci yer), “Qazprom” (304-cü yer) və “Lukoyl” (360-cı yer). Onların hamısı qiymətləndirmə dəyərinin azalması səbəbindən mövqelərini itiriblər.

Ötən il reytinqə Amazon şirkəti başçılıq edirdi. Həmin vaxt bu brend 187,9 milyard dollar dəyərində qiymətləndirilirdi. İkinci sırada Apple, üçüncüdə isə Google yerləşirdi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun