Amerika dolları necə hazırlanır
2-ci hissə
Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz
Sonra su nişanlı və təhlükəsizlik ipləri olan rulonlar ABŞ-ın qrafüra və çap üzrə həmin bürosuna daxil olur. Burada dollarların istehsalının bütün mərhələlərinə və oğurluq hallarına nəzarət etmək məqsədi ilə bu cür təşkilatlar arasında çox ciddi mühafizə və ən böyük videomüşahidə sistemi mövcuddur. İşçilər binaya daxil olduqda, kompleks skan sistemi onların hər bir addımını izləyir. Xüsusilə mühüm yerlərdə siqnalizasiya və izləmə detektorları quraşdırılmışdır. Büronun binası xüsusi zonalara bölünüb, oraya yalnız müəyyən giriş imkanı olan işçilər daxil ola bilərlər.
Əskinasların hazırlanması prosesi altı mərhələdən ibarətdir ki, bunların hər biri saxtakarlıqdan qorunmağa yönəlib. Bunlardan biri – artıq xəbərdar olduğumuz oymadır (qravüradır). Oymaçıdan sonra eyni zamanda hər iki tərəfdən çap edən unikal “Simultan” dəzgahları işə başlayır. Bu dəzgah banknotları müxtəlif rənglərlə və çox çətinliklə görünən rəqəmlərlə tamamlayır.
Yeri gəlmişkən, mürəkkəblər barədə
Başlanğıcda, dollarların çapının lap əvvəlində onlar tünd rənglə rənglənirdi, ancaq, Şimal və Cənub arasında müharibə zamanı, o dövrdə astronomik bir məbləğdə – 60 milyon dollarıq yeni əskinaslar çap etmək lazım idi. Sifariş Nyu-Yorkdakı “American Bank Note Co” çap şirkətinə göndərilib.”Konqresin yalnız 5, 10 və 20 dollarlıq nominalları buraxmasına icazə verdiyini nəzərə alsaq, banknotların hansı miqdarda hazırlanmalı olduğunu təsəvvür etmək olar. Çapçılar isə işə sırf praktiki tərəfdən yanaşmışdılar: onlar ilk növbədə anbarlardakı boya ehtiyatlarını yoxladılar və həmin ejtiyatlar içində ən çox yaşıl rəngi aşkar etdilər. Ənənə vaxt keçdikcə bir qədər də möhkəmləndi və dollar yaxın vaxtlara qədər daha çox kifayət qədər ucuz olan məhz, yaşıl boya ilə çap edilirdi.
Boya da ABŞ-ın oyma və çap Bürosu üçün xüsusi olaraq istehsal olunur və yüksək səviyyəli aşınma müqavimətinə malikdir.
Çap olunduqdan sonra rəng kağızda 72 saat ərzində quruyurdu. Sonra isə növbə dərin çapa gəlib çatır. Xüsusi press kağızı mürəkkəblə doldurulmuş dərinliyə basır, kopyasının çıxarılmasının çətin olduğu bir faktura yaradır. Heç bir rəngli kseroks aparatı belə bir effektə nail ola bilməz. Dərin çap banknotun hər iki tərəfindən tətbiq olunur, bundan sonra kağız üç gün ərzində yenidən qurudulur.