2020-ci il üçün dünyanın ən bahalı valyutalarının top onluğu
Üçüncü hissə
Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.
Necə düşünürsünüz, indiki gün üçün dünyanın ən bahalı valyutası hansıdır?
Böyük əksəriyyət Britaniya funtunun ən bahalı valyuta olduğunu güman edir, lakin, bu heç də belə deyilmiş.
Xüsusi olaraq oxucular üçün hazırlanmış dünyanın ən güclü valyutalarının siyahısını (2020-ci ilin sentyabr ayı üçün) təqdim edirik.
Beləliklə, dünyanın ən bahalı valyutası…
6 – Kayman adaları dolları (Cayman Islands Dollar) ($1.22)
Valyutanın kodu – KYD.
1 KYD = 1.22 USD (Kayman adaları dollarının ABŞ dollarına nisbəti )
Kayman adaları dünyanın ən yaxşı vergi sığınacaqlarından biri hesab olunur. Bu adalar yüzlərlə banka, hedcinqfondlarına və sığorta şirkətlərinə sığınacaq verib.
Vergi sığınacaqları arasında ən yaxşılardan biri olması sayəsində Kayman adaları dolları 1,22 ABŞ dollarına bərabərdir.
7 – Avropa avrosu (European Euro) ($1.10)
Valyuta kodu – EUR.
Avronun kursu:
1 EUR = 1.10 USD (avronun dollara nisbəti).
Hətta son illərdə Avropa valyutası öz dəyərini 20 faizə qədər itirməsinə baxmayaraq, avro yenə də dünyanın ən güclü valyutalarından biri hesab olunur.
Onun qüvvəsi qismən həm də onunla izah olunur ki, o, Avropanın 17 ölkəsinin rəsmi valyutasıdır, həmin ölkələr arasında iqtisadi cəhətdən bir neçə “ağır çəkililər” də var.
Bundan əlavə, avro – bütün dünya yığmlarının 22 faizini təşkil edən dünyanın ikinci ehtiyat valyutasıdır (dollar isə bu yığımların 62,3 faizini təşkil edir).