» » » Mühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? (3-cü hissə)

Mühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

inkişafMühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? Ruhlandırıcı 6 hekayə

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Bu yazıda, biz ən real praktikantların ən maraqlı və faydalı rəylərini toplamışıq. Qoy bu hekayələr yeni başlayan əməkdaşları ruhlandırsın, təcrübəli mütəxəssislərə isə inkişaf üçün yeni imkanlar təklif etsin.

4-cü əhvalat. Çox sürətli dəyişikliklər

“Mühasibin həyatı – bunlar mühasibat uçotu ilə bağlı qanunvericiliyin və proqramların davamlı dəyişiklikləridir. Ayaqda qala bilmək və peşədə tələb edilən olmaq üçün mühasibat uçotu sahəsində bilik kifayət deyil.

  • Yenilikləri çox sürətlə öyrənmək lazımdır: saytlar, elektron imzalar, elektron sənəd dövriyyəsi və bir çox başqa şeylər.
  • Qarışıq bilikləri öyrənmək, zəruri vərdiş və bacarıqları mənimsəmək çox zəruridir. Məsələn, əgər ştatda proqramçı yoxdursa, bunu mühasib etməli olur.
  • Mübahisəli vəziyyətlərdə mühasibləri  həmişə daha təcrübəli həmkarları öz məsləhət və məsələnin həlli yolları ilə  dəstəkləyə bilər, onlara bu işdə  arayış və məlumat sistemlərinin informasiya qaynaqları kömək edə bilər.
  • Başlıcası – dəyişikliklərdən qorxmamalı və onlarla  işləməyi öyrənmək lazımdır”.

Tatyana Lukina, baş mühasib

Daim dəyişilən qanunlar – bir çağırışdır. Öz işinə ən çox aludə olan əməkdaş belə, bütün yenilikləri izləmək gücündə deyil. Məhz, bu səbəbdən bizim bir çox abunəçilərimiz mühasiblər və kadrlar üzrə işçilərin peşəkar hazırlığı üçün vebinar, seminar və kursların mühüm əhəmiyyətini qeyd edirlər.

5-ci əhvalat. Mürəkkəb başlağıc barədə

“Mənim ilk ali təhsilim  – aqronomluqdur. Ofis-meneceri kimi işə düzəldikdən və həm də əvəzçilik üzrə mühasib köməkçisi təyin olunduqda, mən demək olar ki, heç nə anlamırdım. Köhnə sovet dövrünü yaşamış baş mühasibim olan qadın tez-tez mənə belə deyirdi: “Nə əcəb başa dşmürsən? Bu ki, çox sadə bir şeydir!” Onun sayəsində hər şeyi başa düşməkdən ötrü mən hazırlıq üçün peşəkar kurslara yazıldım. Və bununla da kifayətlənmədim. Hazırda “mühasibat uçotu” üzrə ikinci ixtisas kimi ali təhsil alıram. Dəqiq şəkildə deyə bilərəm ki, öz işimdən, eləcə də qanunvericilikdə olan gündəlik dəyişikliklərdən, maraqlı məsələlərin ortaya çıxmasından, bir növ zövq alıram, ona görə də daim oxumaq, öyrənmək lazımdır. Əgər siz də mənim kimi bütün günü öyrənməyi, yeni biliklər əldə etməyi sevirsinizsə, onda bu iş sizdən ötrüdür!”

Tatyana Krepkix, mühasib

Keçirilən sorğunun nəticələrinə görə, yeni iş yerinə düzələnlərin hər beş nəfərdən biri ilk aylarda işdən çıxmaq barədə düşünürlər. Buna səbəb isə kollektivdə ağır adaptasiya dövrü, əməkdaşın ixtisasına uyğun olmayan vəzifələr və nəticə etibarilə yol verilən qeyri-dəqiqliklər  və səhvlər ola bilər. Bütün bu amillər kimlərisə darıxdıran, kimlərisə inkişafa motivasiya edən amillərdir. Bu zaman çevik ağıl, illər üzrə qazanılan təcrübədən belə daha böyük önəm daşıyır.

Peşənin əsaslarını anlamaq, müstəqil fəaliyyət göstərməyi öyrənmək arzusu mənim uğurlu karyeraya doğru ilk addımım oldu. Və biz bu cür tarixçələrin heç də az olmamasına çox sevinirik.

6-cı əhvalat. Ailə barədə

“Mənim fikrim belədir ki, istənilən yaşda özünü inkişaf etdirmək daim yeni hədəflər və layihələr üzərində köklənmək lazımdır. İkişaf etməkdə və karyera qurmaqda mənə güclü, mehriban və uğurlu ailəm kömək edir. Biz çox işləyir və eyni zamanda həm də çox istirahət edirik. Biz meşə gəzintisini, balıq tutmağı çox sevirik. Öz biliklərimizi, bacarıqlarımızı, enerjimizi  başqasına vermək, bölüşmək sevirik. Biz həyatı çox sevirik!”

Yelena Kondratyeva, baş mühasib

İnanırıq ki, irəli hərəkət etməkdə və çətinliklərə sinə gərməkdə sizə də kömək edən, motivasiya verənlər var. Qarşınıza nəhəng vəzifələr qoyun. Bu işdə sizə müəyyən kurslar, seminar və vebinarlar kömək edə bilər.    


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun