» » » Mühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? (2-ci hissə)

Mühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

peşədə inkişafMühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? Ruhlandırıcı 6 hekayə

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Bu yazıda, biz ən real praktikantların ən maraqlı və faydalı rəylərini toplamışıq. Qoy bu hekayələr yeni başlayan əməkdaşları ruhlandırsın, təcrübəli mütəxəssislərə isə inkişaf üçün yeni imkanlar təklif etsin.

İkinci əhvalat. Peşəkar olmaq istəyi

Baş mühasib Natalya Kuznetsova:

“Məni peşəkar olmaq  zərurəti motivasiya edir. Həmkarlarım və ailəm qarşısında məsuliyyət, pozitiv düşüncələr – bütün bunlar karyeramı qurmaqda mənə çox kömək edib.

Mən əmək yoluna kiçik bir şirkətdə mühasib kimi çalışmaqla başlamışam. Zamanla təcrübə topladım və gözəl günlərin birində direktor məni baş mühasib təyin olunmağımla bağlı təbrik etdi. Aramızda təyinatla bağlı öncədən razılaşma olmamışdı deyə mən dəhşət və göz yaşları içində öz kabinetimə qaçdım və bu işi yerinə yetirə biləcəyimdən əmin deyildim. Bir qədər düşündükdən sonra, qərara gəldim, müəssisəsinin spesifikliyini məndən yaxşı bilən yoxdur, ona görə qərarı qəbul etdim.

İlk dövrdə təbii ki, hər şey çox çətin idi, amma, həm də çox maraqlı idi. Bizim kiçik müəssisəmiz getdikcə yüksəlirdi və mən böyük məmnuniyyətlə baş mühasib kimi çalışmaqda davam edirəm. Hər il seminarlara gedir, vebinarlara və onlayn kurslara qulaq asıram, məqalələri oxuyuram – bunlarsız peşəkar olmaq mümkün deyil.”

Bir çox mütəxəssislər hər bir problemin həllindən sonra daha da gücləndiklərini etiraf edirlər. Onlar növbəti addımı atmağa kömək edən yeni biliklər və təcrübə əldə edirlər. Bundan əlavə, mühasib işi şəxsi keyfiyyətləri inkişaf etdirməyə imkan yaradır: zehni çeviklik, hədəfə çatmaq üçün səylər, dözümlülük.

“Bu peşə sayəsində siz həyatınızın bütün sahələri ilə bağlı detallara diqqət yetirməyi öyrənirsiniz, deməli, həm də həyatı daha tam, dəqiq və bir çoxlarından daha parlaq görürsünüz”, – bax, bizim abunəçilərimiz bu cür imkanlara diqqət yetirirlər.

3-cü əhvalat. Tərəqqi barədə

“Mən bütün ömür boyu baş mühasib işləmişəm. Çalşmağa başladığım ilk şirkətə ayaq basanda hamı hesablamaları çötkələrdə aparırdılar, yeganə böyük elektrik hesablayıcı maşın  əməkhaqqı üzrə mühasibdə idi. Sonra kalkulyartorlar, komputerlər, disketlər, fleşkalar, noutbooklar peyda oldu. Ən sadəsindən tutmuş, ən müasir komputer proqramları çox sürətlə inkişaf edirdi, bununla da mühasiblərə elə də asan olmayan tapşırıqları yerinə yetirməkdə kömək edirdi. Və texnikanın  çox sürətli inkişafı ilə mən özüm də yüksək sürətlə bu peşədə inkişaf edirdim.

Daim mövzuya uyğun olmaq lazımdır. Bu mürəkkəb və eyni zamanda çox maraqlıdır”. Svetlana Terentyeva, baş mühasib

Mühasiblər etiraf edirlər: onların işində daha əvvəl kalkulyatorda və ya Excel-də aparılmış bir çox hesablamalar sadələşdirilə bilər, avtomatlaşdırıla bilər, gələcəkdə eyni tipli addımların təkrarlanmasına çox səy və vaxt sərf etməmək üçün bütün işləri bir dəfə şablon da etmək mümkündür. İndi isə daha müasir uçot proqramları və servisləri köməyə gəlir.

Yeni biliklər artıq avtomatlaşdırılmış prosesləri daha ətraflı şəkildə qurmağa, şöbələr arasında qarşılıqlı əlaqəni sadələşdirməyə, beləliklə daha xoş şeylərə vaxt ayırmağa imkan verir. Məsələn, həmkarlar ilə bir fincan qəhvə içmək və s.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun