Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr
19-cu hissə
Məqalənin 18-ci hissəsini buradan oxuya bilərsiniz.
Başqa xalqlarla maliyyə münasibətlərində biz mühasibatlıq dilində danışmalıyıq. Dil müxtəlifliyi mütləq şəkildə beynəlxalq anlaşılmazlığa, qorxuya və nifrətə gətirib çıxarır. Mühasibatlıq dilinin aydın və səlis olması çox mühümdür; beləliklə, bu, beynəlxalq qarşılıqlı anlaşma və etimadın inkişafı işinə töhfə olacaqdır. Yaxşı olardı ki, biz hamımız birgə səylərimizlə elmi araşdırmalarımızın köməyi ilə dünya mühasibat elmi birliyi əsasında aparılacağı günün gəlişini yaxınlaşdıraq.
E.B. Uilkoks
Hamı tərəfindən qəbul edilən bir müddəa vardır ki, ümumi sərvətə çevrilməli olan bütün məlumatlar, məktublar və əsərlər ədəbi dildə yazılmalıdır; ona görə başa düşə bilmirik ki, niyə tacir bu baxımdan istisna təşkil etməlidir və məktubu ədəbi olmayan dildə və hansısa ləhcədə, yalnız tacirlərin anladığı dildə yazmalıdır və bu səbəbdən də bu “tacir alman dili” adını daşımalıdır.
Q. Belolavek
Əgər mühasibatlığın müəssisənin güzgüsü olduğunu deyirlərsə, bu o demək deyil ki, (hətta mühasibat uçotunun ən yaxşı quruluşu olsa belə) bu güzgüdə hər bir müəssisənin iqtisadi cəhətdən işlənməmiş formada mühasibat rəqəmlərinin sıralarına malik olan hər bir şəxs ətraflı əks oluna bilər. Bu rəqəmlər aydın olsun deyə, onlar qabaqcadan hər kəsə aydın olan digər dilə “tərcümə” olunmalıdır.
V.K. Mnyux
Hesabat qeydlərini anlaşılan və hər kəsə əlçatan dildə təsvir etmək lazımdır, bu zaman əcnəbi ifadələr, əksəriyyətimizə naməlum olan və lazım olan fikri çatdıra bilməyən sözlərdən istifadə etmək lazım deyil.
A.S. Salmin
Əgər mühasibat və maliyyə məlumatlarının təsərrüfat fəaliyyəti dili ilə müqayisəsi yerinə düşərsə, sağlam düşüncə və tədbir hissi əsasında bu dili bu gün elmi cəhətdən çətin dərk edən bütün təsərrüfat subyektlərinə daha aydın və daha əlçatan etmək bizim gücümüzdədir.
O.M. Askeri
Elmi və praktiki terminologiya tam unifikasiya olunmadıqda, heç olmasa, maksimal dərəcədə yaxınlaşmalıdır. Vahid, aydın və sadə terminologiyanın olması təkcə uğurlu tədqiqat deyil, həm də qarşılıqlı anlaşmanın vacib şərtidir. Lakin, uçot – analitik fənlər terminologiyası əhəmiyyətli çatışmazlıqlardan əziyyət çəkir. Bu terminologiyanın qüsurları nədən ibarətdir?Çox vaxt sinonim kimi müxtəlif terminlərdən istifadə edirlər (xüsusən də müxtəlif mənaları olan); eyni terminlə müxtəlif iqtisadi anlayışları ifadə edirlər; Bəzi terminlər hətta sadəcə səhvdir.
V. Kopnyayev
İndiyə qədər uçot – iqtisadi anlayışların və kateqoriyalarının vahid elmi cəhətdən əsaslandırılmış sistemi hazırlanmamışdır. Bəzi hallarda bir sıra anlayışlar başqa anlayışlarla əvəz olunur və demək lazımdır ki, bu hadisə çox geniş yayılıbdır.
V.İ. Mosyaqin
Hesabdarlıqda biz anlayışların müəyyən edilməsi məsələsində qarşılaşdığımız müxtəlif cərəyanlarla görüşürük. Elmin özünün tərifinə qədər ən əsas anlayışlar hələ də özünün son, hamı tərəfindən qəbul edilən növünü tapmamışdır.
V.K. Hun
Mühasibat terminologiyasının qeyri-müəyyənliyi və müxtəlifliyi həmişə ciddi mühasibləri təəccübləndirib.
S.Q. Muxov