» » » Mühasibat peşəsi və onun gələcək mənzərəsi (1-ci hissə)

Mühasibat peşəsi və onun gələcək mənzərəsi (1-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat peşəsiMühasibat peşəsi və onun gələcək mənzərəsi

1-ci hissə

Hansı növ mütəxəssilərə bazarda daha çox tələbat duyulacaq?

Mühasibat peşəsi bu gün Ukraynada həmişə olduğundan daha dərin həyəcan yaşayır. Peşəkar kadrların çatışmazlığı, çoxlu sayda mühasiblərin yenidən peşə səviyyəlrinin yüksəldilməsinin kəskin zəruriliyi, köhnəlmiş təhsil sistemi, gənclər arasında peşəyə tələbatın nəzərəçarpacaq dərəcədə azalması, ən başlıcası isə, məlumatların emalı, idarəetmə və maliyyə təhlili sahələrində mühasibat uçotunun digər funksiyalarına artan tələbat. Bütün bunlar onu göstərir ki, peşə böhran vəziyyətindədir.

Açıq söyləsək, mühasibat uçotu həmişə inqilabi dəyişikliklərə məruz qalmışdır. İlk mühasibat texnologiyası inqilabı 1970-ci illərdə kompüterlərin və İnternetin meydana gəlməsi ilə baş verdi. Xatırlayıram ki, Ukraynada hələ 90-cı illərdə mühasiblərin komputeri yox idi, onlar mühasibat uçotunu əllə, çötkələr və kağızlar vasitəsilə aparırdılar. Komputerlərin meydana gəlməsi səbəbi ilə əl işlərinə tələbat on illərdir azalır və yaxın gələcəkdə tamamilə yoxa çıxa bilər.

Dünyada ikinci texnoloji inqilab məhz, indi baş verir. Süni intellekt, blokçeyn və məsafədən idarə olunan alqoritmlər kimi texnologiyalar mühasibat sənayesində istifadə olunan uçot metodları və alətlərinə birbaşa təsir göstərir. Süni intellekt məlumatların toplanmasını və təhlilini həyata keçirir, blokçeyn məlumatların təhlükəsizliyini təmin edir, rəqəmsal tenologiyalar məlumatların paylaşılmasına imkan verir. Buna görə də, mühasibat uçotu və maliyyə mütəxəssisləri gələcəkdə məlumatların ötürülməsi, emalı və təhlili üçün texnologiyaların hazırlanmasında iştirak etməlidirlər.

Sirr deyil ki, mühasibat proqramları artıq bu gün avtomatik olaraq mühasibat qeydlərini yaradır. Bu səbəbdən, mühasiblərin yeni nəsli tez-tez mühasibat provodkalarında təsərrüfat əməliyyatlarını müstəqil şəkildə əks etdirə bilmir. Ukraynada vergi qanunvericiliyinin daim dəyişdirilməsi və vergi işçilərinin ilkin sənədlərin düzgün tərtib edilməsinə diqqət yetirməsi səbəbindən mühasiblər bütün diqqətlərini məhz kağız üzrə işlərə ayırırlar. Buna görə biznes-ictimaiyyətində hər gün sənədləri dəyişdirən və dizaynlarında daim təkmilləşdirilməsini tələb edən mühasibin işi haqqında sabit bir fikir formalaşıb.

Tamamilə aydındır ki, tezliklə əl ilə görülən və təkrar edilə bilən tapşırıqlar tamamilə avtomatlaşdırılacaq, robot texnikası və maşın istehsalı ilə əvəz ediləcək. Buna görə zaman keçdikcə mühasib-statistlərə ehtiyac yox olacaq. Əl yazısı yaxşı olan və ilkin mühasibat sənədlərini gözəl şəkildə doldurmağı bacaran mütəxəssislərə də tələb artmayacaq, çünki vergi orqanlarının diqqəti də dəyişir, transfert qiymətləri önümüzdəki onilliklər üçün ən vacib məsələlərdən olacaqdır. Həqiqətdə biznes çox fərqli peşəkar bilik və bacarıqlara sahib mühasibləri də axtaracaq.

Beləliklə, bəs, bazarda ən çox tələbat duyulan peşəkarlar hansıdır?

Birincisi, həm mühasibat uçotunu, həm də maliyyəni başa düşən, eyni zamanda məlumatları və texnologiyaları anlayan və sistemlərdə necə işləməyi bilən mütəxəssislərə tələbat olacaqdır. Belə mütəxəssislər məlumatları anlamaq və onları təhlil etmək, hansı növ məlumatların seçilməsini və xüsusilə əsas məsələləri həll etmək üçün optimal biznes həllini qəbul etməkdən ötrü bu məlumatlardan ən faydalı məlumatları necə əldə etmək lazım olduğunu bilməlidirlər.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun