» » » Dövlət Gömrük Komitəsi 3 bankla əməkdaşlığı dayandırıb

Dövlət Gömrük Komitəsi 3 bankla əməkdaşlığı dayandırıb

posted in: Xəbər | 0
birbank biznes

Dövlət Gömrük Komitəsi DGKDövlət Gömrük Komitəsinin (DGK) reyestrinə daxil olan bankların sayı 13-dən 10-a endirilib. Dövlət Gömrük Komitəsi

Bu barədə Komitəyə istinadən xəbər verilir.

Məlumata görə, qurumun əməkdaşlığı dayandırdığı banklar “Bank Avrasiya”, “Bank BTB” və “Premium Bank” ASC-lərdir. Gömrük xidməti göstərməyə davam edən banklar isə “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank”, “Azər-Türk Bank”, “Bank Respublika”, “Turan Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Adları çəkilən kredit təşkilatlarından ilk 6-da bir zəmanətin maksimal məbləği 1 milyon ABŞ dolları, eyni zamanda verilən zəmanətlərin maksimal məbləği isə 2 milyon dollar təşkil edir. Qalan 4 bank üzrə isə sözügedən məbləğlər müvafiq olaraq 250 min dollar və 500 min dollardır.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Dövlət Gömrük Komitəsi DGK