» » » Malın alğı-satqısı zamanı ƏDV əvəzləşdirmələri

Malın alğı-satqısı zamanı ƏDV əvəzləşdirmələri

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV əvəzləşdirmələriFərdi sahibkar 7 yanvar 2020-ci ildə Əlavə Dəyər Vergisi ödəyicisi olan müəssisədən, ƏDV də daxil olmaqla, dəyəri 118.000 manat olan avadanlıq alıb. Satıcı alıcıya malın tam dəyərinə uyğun elektron qaimə-faktura təqdim edib. Alıcının 5 fevral 2020-ci ildə aldığı malın əsas dəyərinin 50.000 manatı satıcının bank hesabına, 9.000 manat Əlavə Dəyər Vergisi məbləği isə ƏDV-nin depozit hesabına ödənilib.

Bu halda alıcının malın, Əlavə Dəyər Vergisi daxil olmaqla, tam dəyərini satıcıya ödəmədiyini nəzərə alsaq, 5 fevral 2020-ci ildə ödənilmiş Əlavə Dəyər Vergisi məbləği əvəzləşdirilə bilərmi? ƏDV əvəzləşdirmələri

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, Əlavə Dəyər Vergisinin əvəzləşdirilməsi vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxtdır.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, fərdi sahibkarın aldığı malların dəyərinin bir hissəsinin və ona mütənasib ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsində Əlavə Dəyər Vergisinin əvəzləşdirilməsi üçün müəyyən edilmiş şərtlər daxilində, yəni malların alışı zamanı ödənilmiş əməliyyatın dəyəri satıcının bank hesabına, Əlavə Dəyər Vergisi məbləği isə Əlavə Dəyər Vergisinin depozit hesabına ödənildiyindən, 5 fevral 2020-ci il tarixində ödənilmiş Əlavə Dəyər Vergisi məbləği fevral ayının Əlavə Dəyər Vergisi bəyannaməsində əks etdirilməklə əvəzləşdirilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV əvəzləşdirmələri