Əmlakın təsisçilər arasında bölüşdürülməsi
Sual: Müəssisə ləğv edilərkən onun xalis mənfəəti hesabına alınmış əmlakın təsisçilər arasında bölüşdürülməsi dividend hesab edilirmi?
Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi nəticəsində əldə edilən gəlir dividend hesab edilir.
Əsas: Vergi Məcəlləsi, 3.2.15-ci maddə.
Mənbə: vergiler.az