» » » Alıcı biznes kartla Pos-terminaldan ödəniş edib, sonra e-qaimə tələb edə bilər?

Alıcı biznes kartla Pos-terminaldan ödəniş edib, sonra e-qaimə tələb edə bilər?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Alıcı biznes kartla Pos-terminaldan ödəniş edib, sonra e-qaimə tələb edə bilər?

Sual:

Müqavilə əsasında A (ƏDV ödəyicisi olan fiziki şəxs) şirkəti B (ƏDV ödəyicisi olan hüquqi şəxs) şirkətinə mehmanxana xidməti göstərir. B şirkətinin əməkdaşı xidmətdən istifadə edir, xidmətin dəyərini (şəxsi əmək haqqı kartı və yaxud şəxsi plastik kartı ilə) tam şəkildə posterminal vasitəsi ilə ödəyir. Bunun müqabilində A şirkəti kassa çeki mehmanxana qəbzi verir. B şirkəti isə verilmiş sənədlərə əlavə olaraq ödənişin (şəxsi əmək haqqı kartı və yaxud şəxsi plastik kartı ilə) pos-terminal vasitəsi ilə ödənməsini əsas tutaraq E-VHF tələb edir. Yuxarıda qeyd etdiyim kimi ödəniş tam şəkildə pos-terminaldan ödənib. Sadəcə olaraq B şirkətinin şəxsi plastik kartı vasitəsi ilə. Sizcə bu düzgündürmü və qanunla necə tənzimlənir?

Cavab:

Bildiririk ki, Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur.

ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qaimə-faktura və ya elektron qaimə-faktura və ya qəbz / çek verilə bilər.

Sorğunuzda qeyd olunanlara əsasən, müqaviləyə əsasən xidmətin alıcısı ƏDV ödəyicisi olan hüquqi şəxs olduğu üçün, xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturası təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 176-cı maddəsi.

Mənbə: taxes.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun