Nümunə üçün verilən mallar necə sənədləşdirilir?
Sual:
Şirkət, özünün istehsal etdiyi məhsuldan əvəzsiz qaydada təqdim edirsə ( məhsulun yoxlanması üçün başqa şirkətlərə nümunə olaraq , tanıtım/reklam olaraq məhsulları paylamaq üçün, öz daxili istifadəsi üçün), o zaman həmin məhsullar vergitutma və gəlirlərin (xərclərin) uçotunun aparılması baxımından necə sənədləşdirilməlidir?
Cavab:
Mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi malların təqdim edilməsi anlamını verir və bazar qiyməti nəzərə alınmaqla vergiyə cəlb olunur.
Qeyd olunan malların təqdim edilməsi “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda müəyyən olunmuş formada elektron qaimə-faktura və elektron vergi hesab-faktura əsasında sənədləşdirilməlidir.
Əsas:
Vergi Məcəlləsinin 13.2.10-cu, 130.1-1-ci maddələri, 16 iyun 2017-ci il tarixli 1460 saylı “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
Mənbə: taxes.gov.az
Həmçinin bax:
-
Hüquqi şəxsə icarə haqqı ödənildikdə mütləq ÖMV bəyannaməsi verilməlidirmi?
-
Gəlirdən çıxılmayan xərclər hansı halda ÖMV-dən azad edilir?
-
Gecikməyə görə tətbiq edilən cərimə ƏDV-yə cəlb edilirmi?
-
Əmtəəsiz əməliyyat nədir?
-
Sosial xarakterli xərclər hansılardır?
-
İnventarizasiya zamanı əskikgəlmələr olduqda sənədləşmə və vergi öhdəlikləri
-
Borcun bağışlanması zamanı hansı vergi öhdəlikləri yaranır?
-
Payların alqı-satqısı zamanı vergi öhdəlikləri
-
Həyatın yığım sığortasına yönəldilən gəlirlər işsizlikdən sığorta haqlarından azad olunur?
-
Əvvəlki dövrlər üzrə vergi güzəşti tətbiq oluna bilər?
-
ƏDV-nin əvəzləşdirmək hüququ olmadığı halda 159.6-cı maddə tətbiq edilir?