» » » Hüquqi şəxsə icarə haqqı ödənildikdə mütləq ÖMV bəyannaməsi verilməlidirmi?

Hüquqi şəxsə icarə haqqı ödənildikdə mütləq ÖMV bəyannaməsi verilməlidirmi?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

ÖMV bəyannaməsi icarə haqqıSual: İcarə haqqı hüquqi şəxs olan vergi ödəyicisinə ödənilir və ödəmə mənbəyində vergi öhdəliyi yaranmır. Bu halda ÖMV bəyannaməsini təqdim etmək mütləqdirmi? ÖMV bəyannaməsi

Cavab: Bildiririk ki,  daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində vergitutma öhdəliyi yaranan sadələşdirilmiş verginin ödəyiciləri istisna olmaqla, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” icarə haqqı ödəyən digər şəxslər tərəfindən vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim edilir.

Bəyannamənin əməliyyatların göstərici toplusu olduğunu nəzərə alaraq bildiririk ki, rezident hüquqi şəxslərə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmasa da, həmin icarə haqqı üzrə ödənilən məbləğlər barədə vergi orqanına bəyannamə təqdim olunur və müvafiq sətirlərdə əks olunur.

Əsas: Vergi Məcəlləsinin 150.1.6-cı maddəsi

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ÖMV bəyannaməsi icarə haqqı