Vakansiya: Auditor / İşəgötürən: Gilan Holding
- Kateqoriya: Audit
- İş növü: Tam iş günü (Full-time)
- Tələb olunan iş təcrübəsi: 1 ilə qədər
- İş yeri: Azərbaycan / Bakı
- Təhsil: Bakalavr
- Tələb olunan ixtisas: Finance,Accounting,Audit
Vakansiya barədə məlumat
- Komanda üzvü kimi efektiv işləmək, təcrübə mübadiləsi aparmaq, təcrübəli komanda üzvlərinə dəstək olmaq;
- Yoxlanılan biznes vahidlərinin iqtisadi dövriyyəsi barədə anlayış əldə etmək, hərtərəfli audit yoxlamalarında iştirak etmək;
- Aşağı və orta risk səviyyəsinə malik sahələrdə səhvlərin mövcudluğuna əsaslanan audit yoxlaması prosedurlarını həyata keçirmək, başa çatmış işi müvafiq olaraq sənədləşdirmək;
- Audit yoxlaması nəticələrini təcrübəli komanda üzvlərinə təqdim etmək üçün sənədləşdirmək;
- Yüksək vəzifəli heyət üzvlərinin müəyyən etdiyi digər tapşırıqları yerinə yetirmək.
Auditor üçün tələblər
- Maliyyə, mühasibat və ya audit sahəsində bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi. Beynəlxalq audit firmasında iş təcrübəsi üstünlük hesab olunur;
- Audit və mühasibatla bağlı ilkin biliklərlə malik olmaq;
- Azərbaycan və ingilis dillərini səlis bilmək;
- MS Office Excel proqramını yüksək səviyyədə bilmək;
- İşin təfsilatı və düzgünlüyünə diqqəti yönəldərək müəyyən olunmuş zaman çərçivəsində işləmək bacarığına malik olmaq;
- Zərurət yarandıqda və tələb olunduqda səyəhət etmək imkanına malik olmaq və hər zamana buna hazır olmaq;
- İş yoldaşları ilə düzgün şifahi və yazılı ünsiyyət qurmaq bacarığına malik olmaq.
Müraciət üçün linkə daxil olun.