Yalnız ƏDV-dən azad olunan əməliyyatlar aparan Vergi ödəyicisi Əlavə Dəyər Vergisi qeydiyyatını ləğv edə bilər?
Sual:
Əlavə Dəyər Vergisi ödəyicisi fəaliyyət növünü dəyişərək yalnız ƏDV-dən azad olunan əməliyyatlar apararsa Vergi Məcəlləsinin 158.1. maddəsini tətbiq etmək hüququ varmı?
Cavab:
Bildiririk ki, Vergi Məcəlləsinin 158.1-ci maddəsində vergi ödəyicisi – nin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırıldığı halda, vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə təqdim edilməsi istisna edilmiş, sahibkarlıq fəaliyyətini dayandırmamış şəxsin Əlavə Dəyər Vergisinə cəlb olunan əməliyyatların aparılmasını dayandırdığı halda Əlavə Dəyər Vergisi qeydiyyatının ləğvinin mümkünlüyü nəzərdə tutulmuşdur.
Mənbə: taxes.gov.az