» » » Yalnız ƏDV-dən azad olunan əməliyyatlar aparan Vergi ödəyicisi ƏDV qeydiyyatını ləğv edə bilər?

Yalnız ƏDV-dən azad olunan əməliyyatlar aparan Vergi ödəyicisi ƏDV qeydiyyatını ləğv edə bilər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Yalnız ƏDV-dən azad olunan əməliyyatlar aparan Vergi ödəyicisi Əlavə Dəyər Vergisi qeydiyyatını ləğv edə bilər?


Vergi ödəyicisi

Sual:
Əlavə Dəyər Vergisi ödəyicisi fəaliyyət növünü dəyişərək yalnız ƏDV-dən azad olunan əməliyyatlar apararsa Vergi Məcəlləsinin 158.1. maddəsini tətbiq etmək hüququ varmı?
Cavab:
Bildiririk ki, Vergi Məcəlləsinin 158.1-ci maddəsində vergi ödəyicisi – nin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırıldığı halda, vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə təqdim edilməsi istisna edilmiş, sahibkarlıq fəaliyyətini dayandırmamış şəxsin Əlavə Dəyər Vergisinə cəlb olunan əməliyyatların aparılmasını dayandırdığı halda Əlavə Dəyər Vergisi qeydiyyatının ləğvinin mümkünlüyü nəzərdə tutulmuşdur.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.