2019-cu il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?
Bildiyimiz kimi, 2019-cu il 1 yanvar tarixindən Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə və bu sahələrdə çalışanlar üçün gəlir vergisi və pensiya ayırmalarında ciddi dəyişiklik olmuşdur. Belə ki, bu sahələrdə çalışan əməkdaşların gəliri 8000 manatadək olduqda gəlir vergisindən azad edilir, eyni zamanda “Sosial sığorta haqqında” qanuna dəyişikliklər 2019-cu ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minir ki, bu qanuna əsasən Sosial sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:
- Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – əməkhaqqının 200 manatadək olan hissəsinin 3% faizi, 200 manatdan yuxarı olan hissəsinin isə 10%-i;
- Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – əməkhaqqının 200 manatadək olan hissəsinin 22% faizi, 200 manatdan yuxarı olan hissəsinin isə 15%-i
Bax: Mühasiblər və Maliyyəçilər üçün Excel Kursu!
Bütün bunlar özlüyündə Əmək haqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisinin aylıq 500 manat əmək haqqısı olan işçisinin 2018 və 2019-cu il üçün Əmək haqqından tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:
2018 | 2019 | |||||
Əmək Haqqı Məbləği | 500 | 500,00 | ||||
Gəlir vergisi | 45,78 | 0 | ||||
Pensiya Fondu (işçi tərəfindən) | 15,00 | 36 | ||||
İşsizikdən Sığorta Haqqı(sığortaolunan tərəfindən) | 2.5 | 2,5 | ||||
Pensiya Fondu (işəgötürən tərəfindən) | 110 | 89 | ||||
İşsizikdən Sığorta Haqqı (sığortaedən tərəfindən) | 2.5 | 2,5 | ||||
İşçinin aldığı net əmək haqqı | 436,72 | 461,50 |
2019-cu il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əmək haqqı cədvəlini aşağıdakı linkdən yükləyə bilərsiniz.