» » » 2019-cu il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?

2019-cu il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?

posted in: Xəbər | 0
birbank biznes

2019-cu il üçün Əmək Haqqı Cədvəli2019-cu il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?


Bildiyimiz kimi, 2019-cu il  1 yanvar tarixindən Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə və bu sahələrdə çalışanlar üçün gəlir vergisi və pensiya ayırmalarında ciddi dəyişiklik olmuşdur. Belə ki, bu sahələrdə çalışan əməkdaşların gəliri 8000 manatadək olduqda gəlir vergisindən azad edilir, eyni zamanda “Sosial  sığorta haqqında” qanuna dəyişikliklər 2019-cu ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minir ki, bu qanuna əsasən Sosial sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

  • Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – əməkhaqqının  200 manatadək olan hissəsinin 3% faizi, 200 manatdan yuxarı olan hissəsinin isə 10%-i;
  • Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – əməkhaqqının  200 manatadək olan hissəsinin 22% faizi, 200 manatdan yuxarı olan hissəsinin isə 15%-i
Bax: Mühasiblər və Maliyyəçilər üçün Excel Kursu!

Bütün bunlar özlüyündə Əmək haqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisinin aylıq 500 manat əmək haqqısı olan işçisinin 2018 və 2019-cu il üçün Əmək haqqından tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:

2018 2019
Əmək Haqqı Məbləği 500 500,00
Gəlir vergisi 45,78 0
Pensiya Fondu (işçi tərəfindən) 15,00 36
İşsizikdən Sığorta Haqqı(sığortaolunan tərəfindən) 2.5 2,5
Pensiya Fondu (işəgötürən tərəfindən) 110 89
İşsizikdən Sığorta Haqqı (sığortaedən tərəfindən) 2.5 2,5
İşçinin aldığı net əmək haqqı 436,72 461,50

2019-cu il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əmək haqqı cədvəlini aşağıdakı linkdən yükləyə bilərsiniz.

Yükləyin:  2019-cu il üçün Əmək Haqqı Cədvəli (4669 downloads )
Müəllif: Ramin Ramazanov / Muhasibat.Az MMC-nin Direktoru

Bax: 2019-cu il üçün Net-dən Gross-a əmək haqqı hesablanması

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.