» » » Vergi ödəyicilərinin uçotu ilə bağlı mühüm məqamlar

Vergi ödəyicilərinin uçotu ilə bağlı mühüm məqamlar

posted in: Xəbər | 0
birbank biznes

Vergi ödəyicilərinin uçotu, işsizlikdən sığorta, işəgötürənin öhdəlikləri, işçinin məlumatlandırılmasıVergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır.

Qanunvericiliyin tələbini şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, ünvan üzrə qeydiyyatlar müxtəlif formada fərqlənir. Onları nümünələrlə izah etməyə çalışaq:

Misal 1: Hüquqi şəxsin vergi uçotuna alınmaq üçün təqdim etdiyi ərizədə təsisçinin qeydiyyatda olduğu ünvanla hüquqi ünvan fərqlidir. Hüquqi ünvanın mülkiyyətçisi tərəfindən təqdim edilən ərizədə mülkiyyətində olan ünvanda yerləşən yaşayış sahəsinin hüquqi şəxs üçün hüquqi ünvan kimi istifadə edilməsinə razılıq verməlidir. Bundan sonra vergi orqanı hüquqi şəxsin reyestr məlumatlarında həmin ünvanı hüquqi ünvan kimi qeyd edir.

Misal 2: Təcrübədə mümkündür ki, bəzi qeyri-rezidentlərdən ödəmə mənbəyində verginin tutulması mümkün olmasın. Qeyri-rezident şəxs rezident hüquqi şəxsdə olan payının satışını həyata keçirir. Bu halda qeyri-rezident gəlirin əldə edildiyi yerdə qeydiyyata alınmalıdır.

Misal 3: Fiziki şəxs olan fərdi sahibkarlar isə artıq şəxsiyyət vəsiqəsində qeyd edildiyi qeydiyyat ünvanında qeydiyyata alınmalıdır. Əgər fiziki şəxsin yaşadığı yerlə qeydiyyat ünvanı fərqlənirsə, o halda yaşadığı ünvan üzrə mənzil-kommunal istismar idarəsindən aldığı sənədi təqdim etməklə vergi uçotuna dura bilər. Fərdi sahibkarlardan əlavə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslərə misal kimi qeyri-sahibkarlıq (mənzilləri kirayə verən və s.) fəaliyyətindən gəlir edən fiziki şəxsləri göstərmək olar.

Misal 4: “Notariat haqqında” Qanunun 24-cü maddəsində qeyd edilir ki, Ədliyyə Nazirliyinin müvafiq qurumu xüsusi notariusa qeydiyyat vəsiqəsinin verilməsindən dərhal sonra onun iş yeri üzrə vergi orqanlarına bu barədə müvafiq məlumat verməlidir. Qanundan göründüyü kimi, xüsusi notariusun yaşadığı yox, fəaliyyət göstərdiyi ünvan vergi uçotu üçün əsas hesab edilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun