» » » Vergi Məcəlləsinin 57.1 və 58.1-1-ci maddələrinin əsas fərqi nədir?

Vergi Məcəlləsinin 57.1 və 58.1-1-ci maddələrinin əsas fərqi nədir?

posted in: Xəbər | 0
birbank biznes

Vergi Məcəlləsi, 102.2.5 maddəsindəki güzəşt, 102.2.5 maddəsi, güzəşt, sənədlər, gəlirlər, ƏDV, EDV,Ödəniş,Vergi qanunvericiliyinin pozulmasıVergi Məcəlləsinin bir neçə maddəsində müxtəlif fəaliyyət növləri və hallara aid maliyyə sanksiyaları nəzərdə tutulub. Bəs Məcəllənin 57.1 və 58.1-1-ci maddələrinin əsas fərqi nədir? Nə üçün kameral vergi yoxlamasında hesablanmış əlavə məbləğ istisna təşkil edir?

Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 57-ci maddəsi hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyalarını, 58-ci maddə isə vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarını müəyyən edir. Məcəllənin 57.1-ci maddəsi vergi hesabatını, o cümlədən müvafiq arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 40 manat sanksiyanı əks etdirir. 58.1-ci maddəyə görə isə vergi ödəyicisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Məlumat üçün bildiririk ki, kameral vergi yoxlaması zamanı yayınma aşkar edildikdə maliyyə sanksiyası tətbiq olunmur. Yalnız azaldılmış vergi məbləği vergi orqanı tərəfindən bərpa olunur və müvafiq qaydada faizlər hesablanır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun