» » » Milli Mühasiblər Forumunda iştirakçıların seçimi mərhələsinə start verilib

Milli Mühasiblər Forumunda iştirakçıların seçimi mərhələsinə start verilib

posted in: Xəbər | 0

28-29 Aprel 2018-ci ildə keçiriləcək II Milli Mühasiblər Forumunda iştirakçıların seçimi mərhələsinə start verilmişdir.

Mart ayının birindən etibarən qeydiyyatı yekunlaşan Foruma 600-ə yaxın müraciət daxil olmuşdur. Bunlardan 24-ü müsabiqədə iştirak üçün, 16-sı könüllü, 8-i məruzəçi və 500-dən çox şəxs isə iştirakçı kimi qeydiyyatdan keçmişdir.

İlkin seleksiyadan sonra 330 nəfərin ərizəsi iştirakçıların müəyyənləşdirilməsi üçün seçim komissiyasına təqdim olunmuşdur.

Yaxın günlərdə Forumda iştirak etmək şansı qazanan şəxslərin siyahısı www.mmf.az saytında yerləşdiriləcək və hər bir iştirakçının elektron poçt ünvanına bildiriş məktubu və dəvətnamə forması göndəriləcəkdir.

Qeyd edək ki, II Milli Mühasiblər Forumunun Baş sponsoru “GİLAN Holdinq”dir.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Leave a Reply

Your email address will not be published.