“Baku Cable Goknur LTD” mühasib vəzifəsinə işçi axtarır.
Əsas tələblər:
- Əmək və Vergi qanunvericiliyini mükəmməl bilmək;
- Mühasibat sahəsində ən azı 2 il iş təcrübəsi.
İş barədə məlumat:
- Vergi hesabatlarının düzgün hazırlanması və vaxtında təqdim olunması;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı hesabatların hazırlanması, yoxlanması və təqdim olunması;
- Statistik hesabatların hazırlanması və təqdim edilməsi.
Daha geniş məlumat müsahibə zamanı veriləcək.
Maraqlanan şəxslərdən CV – lərini mövzu hissəsində “Mühasib” yazmaqla, ulviyya.akbarova@bakucable.com elektron ünvanına göndərmələri xahiş olunur.
Mənbə: fins.az