HoReCa sahəsində peşəkar təmizlik və gigiyena məhsulları təchiz edən Horeca MMC ailə ortamlı komandasına mühasib axtarır.
İş barədə məlumatlar:
– Mühasibat, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların aparılması və hesabatların hazırlanması;
– İşə qəbul, işdən azad, məzuniyyət və ezamiyyət sənədlərinin, əmək müqavilələrinin hazırlanması və elektron portal sisteminə daxil edilməsi;
– Vergi orqanları ilə yazışmalar;
– E-Qaimə və elektron VHF qaimələri tərtib etmək;
– Bank əməliyyatlarının aparılması;
– İş qrafiki: 1-5 günləri 09:00-18:00-dək, şənbə günü 09:00-14:00.
Namizədə tələblər:
- Elektron portal (hökümət) ilə işləmə bacarığı;
- 1C proqramında və Ms.Office proqramlarında işləmə bacarığı;
- Müvafiq sahədə təcrübə;
- Ali təhsil.
Biz vəd edirik;
- Rəqabətədavamlı əmək haqqı və performans əsaslı bonuslar;
- Karyera inkişafı və təlimlər;
- Rahat iş şəraiti;
- Mehriban kollektiv;
- İşlərin görülməsi üçün nəqliyyat.
CV- lərinizi info@horeca.com.az ünvanına mövzu hissəsində mühasib qeyd edərək göndərin. Müsahibəni keçən namizədlərdən əvvəlki iş yerlərindən tövsiyə məktubu tələb olunacaq.