» » » Horeca MMC mühasib axtarır

Horeca MMC mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

HoReCa sahəsində peşəkar təmizlik və gigiyena məhsulları təchiz edən Horeca MMC ailə ortamlı komandasına mühasib axtarır.

İş barədə məlumatlar:

– Mühasibat, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların aparılması və hesabatların hazırlanması;
– İşə qəbul, işdən azad, məzuniyyət və ezamiyyət sənədlərinin, əmək müqavilələrinin hazırlanması və elektron portal sisteminə daxil edilməsi;
– Vergi orqanları ilə yazışmalar;
– E-Qaimə və elektron VHF qaimələri tərtib etmək;
– Bank əməliyyatlarının aparılması;
– İş qrafiki: 1-5 günləri 09:00-18:00-dək, şənbə günü 09:00-14:00.

Namizədə tələblər:

  • Elektron portal  (hökümət) ilə işləmə bacarığı;
  • 1C proqramında və Ms.Office proqramlarında işləmə bacarığı;
  • Müvafiq sahədə təcrübə;
  • Ali təhsil.

Biz vəd edirik;

  • Rəqabətədavamlı əmək haqqı və performans əsaslı bonuslar;
  • Karyera inkişafı və təlimlər;
  • Rahat iş şəraiti;
  • Mehriban kollektiv;
  • İşlərin görülməsi üçün nəqliyyat.

CV- lərinizi info@horeca.com.az ünvanına mövzu hissəsində mühasib qeyd edərək göndərin. Müsahibəni keçən namizədlərdən əvvəlki iş yerlərindən tövsiyə məktubu tələb olunacaq.

 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.