Aktivləri gizlətmək üsulları həm fransız İnqilabı dövründə, həm də Oreqonda XIX əsrdə mövcud idi.
Əgər ABŞ-a müraciət etsək, hələ 1880-ci illərdə tanınmış korporativ hüquqşünas Ceyms Dilin təşəbbüsü ilə Nyu-Cersi ştatı korporativ məlumatların açıqlanması üzrə standartları və tənzimləyici qaydaları asanlaşdırmışdı.
Çox çəkmədi ki, Standard Oil kimi nəhəng korporasiyalar oraya köçdülər və bu, transfert qiymətlərinin əmələ gəlməsi üçün imkanlar yaratdı – törəmə şirkətlər ana şirkətin məhsullarını satdıqda – bu, transsərhəd əməliyyatları üzrə vergilərə qənaət edirdi.
Öz aktivlərini məxfilik pərdəsi altında gizlətmək üçün amerikalıya Britaniyanın Anguilla və ya Men adasına getməsinə ehtiyac yoxdur. “Panama faylları”nda göstərilən 21 vergi ofşorları arasında Nevada və Vayominq ştatları da var.
Bəzi ştatlarda, məsələn, Oreqonda öz adınızı açıqlamadan şirkətin direktoru ola bilərsiniz. Gizlilik pərdəsi müxtəlif məqsədlər üçün istifadə edilə bilər.
Məsələn, Vaşinqton ştatından olan rezident direktor qismində Oreqonda yaxtanın alınacağı şirkəti qeydiyyatdan keçirə bilər və bununla da Vaşinqtonun 10%-lik satış vergisini ödəmək zərurətindən yayına bilər;
Sietldəki Lane Powell hüquq firmasının vəkili Lewis Horowitz deyir ki, Vaşinqton ştatının rəsmiləri üçün belə bir əməliyyatı müəyyən etmək asan məsələ deyil.
Çox vaxt ştatlarda informasiyanın açıqlanması ilə bağlı minimal tələblərlə qeydiyyata alınan “yalançı” şirkətlərin adətən öz aktivləri olmur və onlar fəaliyyət göstərmirlər.
ABŞ-ın Maliyyə Nazirliyi 2006-cı ildə bildirmişdi ki, bu cür şirkətlərdən “milyardlarla dollarlıq beynəlxalq pul köçürmələrinin müəlliflərini və məqsədlərini gizlətmək” üçün istifadə olunub.
“Vergidən yayınma o qədər geniş miqyaslı bir hadisədir ki, nə qədər pulun boş yerə xərcləndiyini heç kim təxmin belə edə bilməz”, – professor Peylan belə söyləyir, baxmayaraq ki, hesabın on milyardlarla dollara bərabər olduğuna əmin ola bilərsiniz.
Əlbəttə, heç kim heç vaxt səxavətlilik göstərməyi və dövlətə pul verməyi sevmir. Roma tərəfindən qoyulan vergilərin onun fəth etdiyi İudey sakinlərini üsyana təhrik etdiyi bir vəziyyətdə İsa xatırlatmağa məcbur olmuşdu:
“Hər kəs öz xidmətlərinə, cəmiyyətdəki mövqeyinə, rütbəsinə görə mükafatlandırılsın və ödəniş etsin”.