» » » Vergidən yayınma halları öz başlanğıcını nə vaxtdan götürüb? (1-ci hissə)

Vergidən yayınma halları öz başlanğıcını nə vaxtdan götürüb? (1-ci hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sən demə, belə hallara hələ Qədim Romada rast gəlinirmişVergidən yayınma halları , gəlir vergisi, ƏDV

Aktivləri gizlətmək üsulları həm fransız İnqilabı dövründə, həm də Oreqonda XIX əsrdə mövcud idi.

“Panama sənədləri” heç də boş yerdən ortaya çıxmayıb. Qədim Romada varlıların üzərinə vergi yükü qoyulandan bəri, onlar öz əmlaklarını yerli qanunların əli çatmayan yerdə gizlətməyə çalışırdılar.

Bu yaxınlarda ortaya çıxan 11 milyondan çox elektron məktublar, korporativ qeydlər, maliyyə sənədləri bir daha bizlərə xatırladır ki, məşhur siyasətçilər, top-menecerlər və dünyanın tanınmış məşhurları daim öz sərvətlərini bütün dünyaya səpələnmiş vergi sığınacaqlarında – Britaniyanın Virgin və Seyşel adalarından tutmuş, Lüksemburq ərazisinə qədər gizlədirlər.

Bəzi hesablamalara görə, ən azı 20 trilyon dollar məbləğində maliyyə aktivləri bank hesabı olan hər kəs üçün anonimlik və vergilərin ödənilməsindən yayınmaq imkanı təklif edən onlarla ölkə vasitəsilə yatırılıb.

Hələ o günlərdə, 1789-cu ildə qəzəbli kütlələrin Bastiliyaya basqın etdiyi zaman İsveçrə bankları öz aktivlərini Fransız inqilabı ilə əlaqəli uğursuzluqlardan xilas etmək istəyən zadəganlara (ödəniş müqabilində) məxfilik imkanları verirdilər. Monte-Karlodakı kazinolar o dərəcədə böyük pullar gətirmişdi ki, Monako vergi cənnətinə çevrilmiş və şahzadə III Karl 1869-cu ildə hətta gəlir vergisini ləğv etmişdi.

Ofşor maliyyəsini öyrənən Londonun Sity University universitetinin beynəlxalq siyasət üzrə mütəxəssisi, professor Ronen Peylan deyir ki, Lixtenşteyn ən azından 1926-cı ildən, Lüksemburq 1929-cu ildən, Bermud adaları isə 1930-cu illərdən vergi cənnəti kimi tanınması ilə öyünə bilər.

 1934-cü ildə İsveçrədə qüvvəyə minmiş qanun əsasında müştərinin şəxsiyyətinin bank işçisi tərəfindən açıqlanması cinayət işi sayılmağa başlanmışdı. Əvvəlcə bəzi ölkələr bunu problem kimi qəbul etmiş, bəziləri hətta İsveçrə bankında hesabı olan istənilən vətəndaşlarını həbs etməklə hədələmişdilər.

Lakin, bütün bunlara baxmayaraq, varlıların aktivləri İsveçrəyə axmağa başladı ki, bu da müştəilər uğrunda beynəlxalq mübarizənin başlanğıcını qoydu. Belə ki, Lixtenşteyn və Uruqvay kimi ölkələr maliyyə sirrlərinin mühafizəsi üzrə öz xidmətlərini təklif etməyə başladılar.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun