İşçiyə ezamiyyə normasından artıq verilən məbləğlərin sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığortaya cəlb olunması barədə:
Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir və həmin gəlirlər işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta , İşsizlikdən sığorta haqqı və icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur.
İcra sənədlərinə görə tutulmalar necə hesablanır?
Əsaslandırma: Vergi Məcəlləsinin 98.3-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı
Mənbə: sosial.gov.az