» » » Wirecard – əsrin mühasibat fırıldağı yaradıcılarının taleyi (2-ci hissə)

Wirecard – əsrin mühasibat fırıldağı yaradıcılarının taleyi (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Wirecard – əsrin mühasibat fırıldağı yaradıcılarının taleyi (2-ci hissə)wirecard

Wirecard ödəniş sisteminin hesablarına artıq 2 milyard avro məbləğində qondarma pul yatırılması ilə bağlı Almaniyanın tarixində baş verən ən böyük mühasibatlıq qalmaqalı, tədricən böyük cinayət işinə çevrilir. Sözügedən sistemin iflası, iki top-menecerin həbsi, üçüncünün qaçışı və biznes-tərəfdaşlarının vaxtsız ölümləri.    

Hadisələr necə inkişaf edirdi

Wirecard şirkətinin özündə çalışan üç əsas rəhbərdən başqa digər şəxslər də mövcud olub. Birincisi, bu fırıldaqçılığı üzə çıxaran və şirkətin tezliklə iflas edəcəyinə stavka edən investorlar. İkincisi, uzun illər Wirecard şirkətində hesabatların qaydasında olduğunu təsdiq edən, yekunda isə ona ölüm hökmü çıxaran auditorlar. Üçücüsü, bu mövzunu 2015-ci ildən bəri böyük inadkarlıqla izləyən Financial Times qəzeti.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Məhz, sözügedən qəzetin dərc etdikləri əsasında yenicə başlayan alman təhqiqatı yekunlaşana kimi həmin detektiv əhvalatın hadisələr zəncirini bərpa etmək mümkün idi.

Və baxın, nə alınır.

Erkən illər: 1999-2007

Sözügedən şirkət 1999-cu ildə Münhen ətrafında ortaya çıxmışdı. Bir neçə il sonra iflasa yaxınlaşan Wirecard-ı, korporativ idarəetmə mütəxəssislərindən biri Marcus Braun tərəfindən satın alınır. Bir neçə birləşmədən sonra şirkət Frankfurt birjasında siyahı alır. 2005-ci il üçün sözügedən şirkətin əsas biznesi – ödəniş sistemidir – əsas müştəriləri – onlayan bukmeykerlərdir. Şirkətdə 300-dən çox əməkdaş çalışırdı. Bir ildən sonra həmin şirkət bankı satın alır və ödəniş sistemindən əlavə müştərilərə kredit xidmətləri də göstərmək imkanı da əldə edir.

İlk zəng: 2008

Səhmdarların hüquqlarını müdafiə edən alman assosiasiyası, Wirecard-ın hesabatlarının doğruluğunu açıq şəkildə şübhə altına aldı. Assosiasiya yoxlama üçün EY şirkətinin bir auditorunu işə cəlb edir, o, hesabatı təsdiq edir. Əvvəlcə qəzəblənən iki investor bazar manipulyasiyasına görə cinayət təqibi ilə üzləşirlər.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun