» » » Pul nədir və pulun təbiəti necədir?

Pul nədir və pulun təbiəti necədir?

posted in: Xəbər | 0
birbank biznes

pul pulun təbiətiQədim dövrlərdə pul hələ mövcud olmadığı dövrdə cəmiyyət “mal-əmtəə” formulu ilə baş verən mübadilə yolu ilə fəaliyyət göstərmiş və qarşılıqlı əlaqə yaratmışdı. Tədricən, bu mübadilənin özü inkişaf etdikcə, cəmiyyətin bütün qruplarına çatdırılacaq ümumi ekvivalentdə əmtəə-vasitəçiyə tələbat yarandı. Müxtəlif xalqlarda bu cür ümumi ekvivalent, xüsusilə əhəmiyyətli və eyni zamanda ən likvid əmtəədir, yəni, öz dəyərini qoruyub saxlaya bilən, nisbətən asanlıqla nəql edilə bilən, digər mallara tez dəyişdirilə bilən əmtəədir. Mübadilə sərhədlərinin gələcək inkişafı qızılın universal və geniş yayılmış ekvivalent – pul kimi təsdiq edilməsinə gətirib çıxardı. Tədricən pul materialının standartlaşdırılmasına ehtiyac yarandı. Beləliklə, sikkələr ortaya çıxdı. Sikkələrin zərb edilməsinə ilk dəfə nə vaxt başlanılması dəqiq deyil. Arxeoloji qazıntılar nəticəsində  ən müxtəlif vaxt dövrlərinə aid sikkələr tapılır. Lakin, birincilərdən birinin Lidiya çarı Krezin olması barədə məlumatlar və dəlillər var.  Bu e.ə. VI əsrdə baş verib. Mübadilə nəticəsində onlar qonşu ölkələrə gəlib çatdıqda, bu sikkələr Krezin qeyri-məhdud sərvətləri haqqında fikir formalaşdırdı. Daha sonralar farslar, yunanlar, romalılar sikkələr zərb etməyə başladılar. Roma imperatoru Konstantin, dövriyyəyə qızıl soliduslar buraxdı və həmin pullarla romalıların xidmətində olan alman muzdlularına maaş verirdi. Həmin vaxtdan hərbiçiləri soldatlar (əsgərlər) adlandırmağa başladılar.

E.ə. 650-ci ildə Çində bundan əvvəl buraxılmış mis pullara dəyişdirilən kağız pullar dövriyyəyə buraxılmışdı. Daha sonra kağız pullarının çap edilməsinə cəhdlər müxtəlif ölkələrdə həyata keçirildi. Lakin, onların hamısı uğursuz alındı. Və yalnız XVIII-XIX əsrlərdə kağız pullar geniş yayılmağa başlayır. Başlanğıcda kağız pullar qızılın əvəzedicisi idi və onları arxasında qızıl dayanırdı. XIX əsrdə mövcud olmuş belə bir sistem, qızıl stadart adını almışdı.

1944-cü ildə Amerikanın Bretton-Vuds şəhərciyində Bretton-Vuds sistemi adını almış valyuta-maliyyə münasibətləri sistemi qəbul edilmişdi. ABŞ-ın qızıl məzmunu vasitəsilə dolayı yolla qızıl üçün valyuta pariteti müəyyən edilmişdi. Bretton-Vud sistemi öz xarakterinə və prinsipinə görə sabit valyuta məzənnələrinin qızıl-valyuta sistemi idi. Bretton-Vud sisteminin mənası bundan ibarət idi: Birləşmiş Ştatlar digər ölkələrin ilk tələbi ilə istənilən miqdarda və heç bir məhdudiyyət olmadan dollarlarını qızıla mübadilə etməli idilər. Digər ölkələr öz valyuta məzənnələrini dollara nisbətdə qeydə almalı, həmçinin ümumi paritetə münasibətdə tərəddüdlərin 1 % intervalında bu məzənnəni dəstəkləməli idilər.

1975-ci ildə Yamayka şəhərində yeni valyuta sistemi qəbul edilmişdir ki, bu, öz xarakterinə görə, həm sabit, həm də üzən valyuta məzənnəli kombinasiyanın şüar sistemidir. Sistem həm ikitərəfli əsasda, həm ölkələr arasında razılaşma yolu ilə, həm də çoxtərəfli əsasda – beynəlxalq valyuta vondunun mexanizmləri vasitəsilə tənzimlənirdi.

Beləliklə, pul nədir və pulun təbiəti necədir? Ən uğurlu təriflərdən biri Karl Marks tərəfindən verilmişdir: “Pul yalnız əmtəənin mahiyyətindən ayrılmış mübadilə dəyəridir. Pul mənşəyini yalnız müəyyən bir mübadilə dəyərinin özünü təmiz formada təsdiqləmə meylinə borcludur. Pul əməliyyatlar aparmaq üçün istifadə olunan hər şeydir”.

Pulun təbiəti onun funksiyalarını nəzərdən keçirməklə başa düşülə bilər:

  1. Pullar dövriyyə vasitəsi kimi. Bunlar ya əhali onları mübadilə vasitəsi kimi qəbul etdiyi üçün, ya da dövlət onları məcburi bir ödəmə və ya satınalma vasitəsi olaraq puldan istifadə etməyə məcbur etdiyi üçün istifadə edilə bilər.
  2. Pullar dəyər (qiymət) ölçüsü kimi. Beləliklə, pul dəyər ölçüsü, qiymətlər miqyası kimi istifadə olunur. Fərqli ölkələr dəyəri ölçmək üçün fərqli pul vahidlərindən istifadə edirlər (dollar, funt sterlinq, avro, yuan, peso və s.) Qiymətlərin hansı vahiddə qoyulması vacib deyil, yalnız pul sisteminin sabitliyi vacibdir.
  3. Pul yığım vasitəsi kimi. Evlər, əşyalar, avtomobillər, qiymətli əşyalar və s. toplana bilər. Onlardan fərqli olaraq pul, pul ehtiyatları likvidliyi ilə xarakterizə olunur, yəni, tez bir zamanda hər hansı bir məhsula çevrilmə qabiliyyətinə məxsusdur. İnflyasiyanın yüksək templəri ilə pullar likvid vasitə olmaq qabiliyyətini itirir. Buna görə onlar yığım vasitəsi olmaq xüsusiyyətlərini də itirirlər. Ən pis hallarda pullardan tez qurtulmaq məcburiyyəti yaranır. İnsanlar milli pul nişanlarını sabit pul sistemi olan digər ölkələrin pullarına və ya mallara dəyişməyə meyllidirlər. Bu, pulun daha da ucuzlaşmasına və nəticədə ölkənin pul sisteminin çökməsinə kömək edir.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun