» » » Mən mühasib ola bilərəmmi?

Mən mühasib ola bilərəmmi?

posted in: Xəbər | 0
birbank biznes

Mən mühasib ola bilərəmmi?

Mühasib

  1. Hesablamanı bilmədən mən mühasib ola bilərəmmi?     

Bir çoxları elə düşünür ki, əgər mühasibəmsə, onda heç şübhəsiz rəqəmləri kalkulyator sürəti ilə beynimdə hesablaya bilirəm və ümumiyyətlə, mən istənilən məsələni həll edə bilərəm))

Karyera yolunun başlanğıcında mən özüm də belə bir sual vermişdim – mütləqdirmi ki, hər şeyi yaddaşda hesablamağı bacarasan?

Məktəbdə oxuyarkən, riyaziyyatı bir o qədər də yaxşı bilmirdim, o səbəbdən mən çox həyəcan keçirirdim. Lakin, tezliklə başa düşdüm ki, hesablama ilə bağlı bütün çətinliklərin öhdəsindən gəlməkdə kalkulyator xilas edəcək)

  1. İlk iş yerində çalışmağa başladıqdan az sonra özümə verdiyim ikinci sual bundan ibarət olub – əgər əsasən elektron sənəd dövriyyəsidirsə, sənədləri harada gizlədəcəyəm?

Böyük yoxlamalar haqda bir qayda olaraq, əvvəlcədən məlumatlı olursan və hazırlaşmaq üçün vaxtın çatır. Əlbəttə ki, əgər bu sizə lazımdırsa.

Özümdən ötrü belə bir qayda qoymuşam – sənədləri həmişə qaydada saxlamaq lazımdır, belədə nəyi isə “gizlətməyə” də lüzum qalmır.

  1. Və nəhayət ən əsas sual, hansı ki, onu özünə təkcə mühasiblər vermirlər – vergiləri niyə ödəməliyəm?!

Vergitutma – bu, dövlət büdcəsinin bir hissəsidir. Həmin büdcədən sosial ehtiyaclara pul ayrılır:

– Pensiyalar;

– Hüquq-mühafizə orqanları;

– Təhsil;

– Səhiyyə.

Franklinin dediyi kimi –  “Qaçılmaz olan yalnız ölüm və vergilərdir”.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun