Əvəzləşdirilməyən ƏDV Mənfəət bəyannaməsinin hansı sətrində qeyd edilməlidir?
Sual: “A” Müəssiəsinin fəaliyyət növü çörəyin istehsalı və satışı olduğuna görə Vergi Məcəlləsinin 164.1.27 maddəsinə görə əlavə dəyər vergisindən azaddır. Bu səbəbdən də Vergi Məcəlləsinin 175.4 cü maddəsinə əsasən ödənilən Əlavə Dəyər Vergisi məbləğləri əvəzləşdirilməsi yol verilməyən Əlavə Dəyər Vergisi məbləğlərinə aid edilir və buna görə də Əlavə Dəyər Vergisi məbləğləri malların (iş və xidmətlərin) dəyəri ilə birlikdə müəssisənin gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərə aid edilir.
Əvəzləşdirilməsi yol verilməyən ƏDV məbləğləri müəssisənin gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərə aid edilirsə bu məbləğ mənfəət vergisi bəyannaməsinin hansı sətrində göstərilməlidir?
Cavab: Bildiririk ki, ƏDV-yə cəlb edilən əməliyyatlar aparan şəxslər tərəfindən əvəzləşdirilməsinə yol verilməyən Əlavə Dəyər Vergisinin məbləği həmin malların (işlərin, xidmətlərin) dəyərinə aid edilməklə gəlirdən çıxılır.
Qeyd olunan xərclər mənfəət vergisi bəyannaməsinin “Malın dəyəri” sətrinin xanalarında əks olunur.
Mənbə: taxes.gov.az