Sual: Qeyri-rezident şəxs yanvar ayında Azərbaycan Respublikasında rezident şirkətə məsləhət xidməti göstərib. Xidmətin göstərilməsi ilə bağlı akt isə fevral ayında tərtib olunub və aktda xidmətin yanvar ayında göstərildiyi qeyd edilib. Bu halda qeyri-rezidentin ƏDV-si hansı ayın bəyannaməsində əks olunmalıdır?
Cavab: Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçibsə, hesablanmış vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Yəni yanvar ayında görülən iş, göstərilən xidmət həmin aya görə təqdim olunmuş ƏDV bəyannaməsində öz əksini tapmalıdır.
Mənbə: vergiler.az