Vakansiya: Daxili Auditor.
İşəgötürən: Mətanət A.
Əmək haqqı: Razılaşma ilə.
- Şəhər: Bakı
- Yaş: 25 – 45 yaş
- Cins: Fərqi yoxdur
- Təhsil: Ali
- İş təcrübəsi: 3 ildən 5 ilə qədər.
- Əlaqədar şəxs: HR
- E-mail: hr@matanata.com / info@finstaff.az
Vakansiya barədə məlumat
– Plan əsasında daxili audit yoxlamalarını aparmaq;
– Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
– Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
– Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq faktlarının ortaya çıxarılmasını, qiymətləndirilməsini və sübuta yetirilməsini həyata keçirmək;
– Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
– Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək
İş şəraiti:
– İş saatı: 09-00-dan 18-00-dək;
– İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
– Razılaşma yolu ilə.
Daxili Auditor ilə bağlı tələblər
– Təhsil: Ali
– İş təcrübəsi: Minimum 3 il iş təcrübəsi olan;
– Yaş həddi: 25-45 yaş;
– Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
– Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
– Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
– Şəxsi avtomobilin olması mütləqdir.
Şəxsi keyfiyyətləri:
– İşə planlı yanaşma;
– Yüksək ünsiyyət bacarığı;
– Nitq mədəniyyəti;
– Təmkinlilik, etibarlılıq, özünəinam;
– Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.
– Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
– CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com / info@finstaff.az ünvanına göndərin.