Peşə və kvalifikasiya standartının hazırlanması Qaydaları təsdiq edildi. kvalifikasiya standartı
“Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və
müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.13-cü bəndinə və “Məşğulluq haqqında”
Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.4- cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin
uzadılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının
Baş Naziri Əli Əsədov
Faylı yükləməklə qaydalara nəzər yetirə bilərsiniz: Peşə və kvalifikasiya standartının hazırlanması Qaydaları (94 downloads )
Mənbə: cabmin.gov.az