Sual: vergi güzəşti
1 yanvar 2019-cu il tarixdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına nəzərdə tutulan vergi güzəştlərinin vaxtı bitir. Qeyd olunan güzəştlərin vaxtı uzadılacaqmı?
Cavab:
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.
Əsas: Vergi Məcəlləsi, 106.1.14-cü, 164.1.18-ci, 99.9-cu və 219.7-ci maddələr.
Mənbə: vergiler.az