İstehsala məsrəflərin uçotunun aparılması üçün onların təsnifləşdirilməsi həyata keçirilir. (İstehsal xərcləri)
Xərclər aşağıdakı əlamətlər üzrə qruplaşdırılır və uçota alınır:
Əlamətlər | Xərc növləri | Xüsusiyyəti |
İqtisadi məzmununa görə | İqtisadi elementlər üzrə
Kalkulyasiya maddələri üzrə |
İqtisadi elementlər üzrə xərclər bölünür
Məsrəflərin kalkulyasiya maddələrinə görə qruplaşdırılması üsulu məhsulun (iş və xidmətlərin) maya dəyərinin daha dəqiq hesablanması üçün tətbiq olunur. Xərc maddəsi, yaxud kalkulyasiya maddəsi – ayrıca hər hansı bir məhsulun, yaxud da bütün məhsul buraxılışının maya dəyərini təşkil edən müəyyən növ xərclər hesab olunur. Kalkulyasiya maddələri üzrə xərclər bölünür:
|
Yekcinslik dərəcəsinə görə: | Birelementli xərclər
Kompleks xərcələr |
Birelementli xərclər – bircinsli iqtisadi elementlərdən ibarət xərclər.
Kompleks xərcələr – müxtəlif iqtisadi element qruplarını birləşdirən xərclər; |
İstehsalın həcminə münasibətdə | Dəyişkən
Sabit |
Dəyişkən xərclər – istehsal həcmi dəyişən zaman ona mütənasib dəyişillər;
Sabit xərclər – istehsal həcmindən asılı olmadan sabit qalıb dəyişmirlər. |
Təyinata görə xərclər: | Texnoloji xərclər
İnzibati – təsərrüfat xərcləri |
Texnoloji xərclər – istehsal prosesi ilə əlaqəli xərclər;
İnzibati-təsərrüfat xərcləri – təsərrüfat – idarəetmə xərcləri. |
Məqsədəuyğunluq kriteriyasına görə: | İstehsal xərcləri
Qeyri-istehsal xərcləri |
İstehsal xərcləri – yararlı məhsulun buraxılışı ilə əlaqədar xərclərdir;
Qeyri-istehsal xərcləri – istehsalın dayanmasından olan itkilər, zay məhsullar, çatışmazlıqlar. |
Maya dəyərinə daxil olunması üsuluna görə | Birbaşa xərclər
Dolayı xərclər |
Birbaşa xərclər – ilkin sənədlər əsasında məhsulun müəyyən növünə aid oluna biləcək xərclər birbaşa maya dəyərinə daxil edilirlər. Bütün birbaşa xərclər dəyişkən xərclərdir;
Dolayı xərclər – bir neçə məhsul növünün istehsalına çəkilən xərclərdir (istehsalın idarəedilməsi xərcləri). Bu xərclər xüsusi hesablarda toplanır və, müəyyən baza əsasında (əmək haqqı, istehsal həcmi və s.) bölüşdürülüb, məhsulların maya dəyərinə aid edilirlər. |
Yaranma vaxtına və maya dəyərinə aid olmasına görə xərclər | Cari xərclər
Gələcək dövrün xərcləri |
Cari xərclər – məhsulun istehsalı və satışı ilə bağlı cari dövrdə gəlir gətirən xərclərə deyilir;
Gələcək dövrün xərcləri – cari dövrdə çəkilən, lakin gələcək dövrlərdə gəlir gətirəcəklərinə görə gələcək dövrdə maya dəyərinə daxin ediləcək xərclərə deyilir. |
Bax: